Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı sabiq deputat kazinoda 270 min dolları belə uduzdu - SENSASİON VİDEO

Tarix: 18-11-2016 09:19     Baxış: 5372 A- / A+
Azərbaycanlı sabiq deputat kazinoda 270 min dolları belə uduzdu


Azərbaycan zənginlərinin, məmur-oliqarxlarının qumara olan ehtiraslarını kazino biznesinin leqallaşdırdığı qonşu Gürcüstanın kazinolarında söndürdüyü çoxdan məlumdur. Dəfələrlə Gürcüstan mediasında belə xəbərlər gedib ki, Tiflis və Batumi kazinolarının əsas müştəriləri arasında azərbaycanlılar üstünlük təşkil edir. Və Gürcüstandakı mənbələr deyir ki, Tiflisin beşulduzlu kazinolarının qarşısında həftə sonları Azərbaycan dövlət nömrə nişanlı bahalı avtomobillərin əlindən tərpənməyə yer olmur. Onların arasında hətta “AA” seriyalı avtomobillər də gözə dəyir. Belə görünür ki, Azərbaycanda yaşanan iqtisadi çətinliklərin bu zəngin-qumarbazlara heç bir təsiri yoxdur, onlar yenə də əylənməkdə davam edirlər.

Belələrindən biri də 2005-2015-ci illərdə Kürdəmir seçki dairəsindən Milli Məclisin deputatı olmuş oliqarx-biznesmen, keçmiş bankir Fərhad Qəribovdur. Mənbələrimiz deyir ki, o, Tiflis kazinolarının tez-tez qonağı olur və ötən həftə bu keçmiş deputat-oliqarx Tiflis kazionlarından birində 270 min dollar uduzub.

Manevr.az xəbər verir ki, virtualaz.org-un redaksiyasına Fərhad Qəribovun kazinoda necə qumar oynadığını və uduzduğunu əks etdirən sensasion videokadrlar daxil olub.

Qeyd edək ki, Fərhad Qəribov 1952-ci ildə Kürdəmirdə anadan olub. 2005-2015-ci illər ərzində Milli Məclisin deputatı olub. Sovet dövründə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin regional idarəsində müxtəlif vəzifələrdə işləyib. Daha sonra “Azərneftlayihətikinti” istehsalat birliyində rəhbər vəzifə tutub. Müstəqillik illərində isə biznesə girişib və 2000-ci illərin əvvəllərində “Debüt” bankı təsis edib. Habelə “Azəri-Holdinq” maliyyə-sənaye qrupuna rəhbərlik edib. 2005-ci ildə Kürdəmirdən deputat seçilən oliqarx Qəribov formal olaraq biznesdən uzaqlaşıb, bankını və digər biznes aktivlərini övladlarının idarəçiliyinə verib.

Fərhad Qəribovun deputat olduğu 10 il ərzində onun biznesi və faktiki sahibi olduğu bank ətrafında qalmaqallar heç səngiməyib. 2010-cu ildə Mərkəzi Bank “Debütbank” ASC-yə verilmiş bank lisenziyasını geri çağırıb. Bu, bankın fəaliyyətində yol verilmiş ciddi pozutularla bağlı olub. Baş prokurorluğun iki il əvvəl yaydığı rəsmi məlumatda deyilirdi ki, “Debütbank” 2006-2008-ci illərdə Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərərkən fonddan ayrılmış 3 milyon manata yaxın güzəştli kredit bankın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə mənimsənilib.

Mətbuat yazıb ki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin mənimsənilməsi üzrə Fərhad Qəribovun oğlu Elnur Qəribov istintaqa cəlb olunub, dindirilib, onun ölkədən çıxışına “stop” qoyulub. Bəzi məlumatlara görə o vaxt deputat olan Qəribov özü də mənimsəmə işi ilə bağlı istintaqa ifadə verib, baş verənlərdən xəbəri olmadığını iddia edib.

Ötən il Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həbsindən sonra Fərhad Qəribovun oğlunun da həbsi xəbəri yayılmışdı. Lakin o bildirmişdi ki, bu xəbərlər yalandır. F.Qəribovun sözlərinə görə, oğlu Elnur Qəribov 8 il bundan əvvəl Cahangir Hacıyevlə şərik iş qurubmuş. Deputat bildirib ki, sonradan onların işi alınmayıb."O zaman Cahangir Hacıyev oğlumu aldatdı və onların işi alınmadı. Onun barəsində cinayət işi başlanıb. İstintaq zamanı onunla birgə işləyən və vaxtilə şərik olan şəxsləri də çağırıb sorğu-sual edirlər. Bu məqsədlə Elnur Qəribovdan da bu şəriklik barədə soruşublar”, - F.Qəribov jurnalistlərə deyib.(virtualaz.org)

Həmin videokadrları təqdim edirik:





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar