Sizin Reklam Burada
Xəbər lenti
17 sentyabr
16 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı əsir və girovları evində işlədən qəddar general həbsdən buraxıldı - VİDEO

Tarix: 22-12-2018 11:30     Baxış: 4430 A- / A+
Azərbaycanlı əsir və girovları evində işlədən qəddar general həbsdən buraxıldı - VİDEO


Ermənistan bu ölkəni 20 il idarə etmiş Qarabağ klanının əsas dayaqlarından biri, Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törədərək "Artsax qəhrəmanı" adı almış general Manvel Qriqoryan həbsdən azadlığa buraxılıb.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, Qarabağ müharibəsi veteranlarından ibarət olan "Yerkrapa" yarımhərbi təşkilatın rəhbəri general Manvel Qriqoryan girov müqabilində həbsdən azad olunub.

Məhkəmə binası qarşısında general, onu qarşılayan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib və maşına minərək oradan uzaqlaşıb.

Apellyasiya Məhkəməsi M.Qriqoryan barəsindəki həbs-qətimkan tədbirini 25 milyon erməni dramı ödənildikdən sonra verib.

General Manvel Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunur.

Manvel Qriqoryan azərbaycanlılara qarşı nifrəti ilə seçilir. O, 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi aktiv iştirak edib

M.Qriqoryan mətbuata müsahibələrinin birində Qarabağ müharibəsində əsir və girov götürdükləri yüzlərlə azərbaycanlıdan bir neçəsini dörd il evində qul kimi saxladığını etiraf etmişdi...

Ermənistanın müdafiə nazirinin sabiq müavini, bu ölkənin milli qəhrəmanı Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştrak edib.

2014-cü ilin noyabrında "Azadlıq" radiosunun erməni bürosuna verdiyi müsahibəsində o, Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı əsir və girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və "fəxrlə" bəyan etmişdi. Bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə konvensiyalarının pozulmasında ittiham olunan Manvel Qriqoryan həqarətlə Cenevrə konvensiyaları filan tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi.

Ermənistanın Respublika partiyasının imtiyazlı üzvlərindən olan M.Qriqoryan eks-prezident Serj Sərkisyana ən yaxın hərbçilərdən sayılırdı.

2016-cı ilin aprel döyüşlərindən sonra M.Qriqoryanın başçılıq etdiyi cinayətkarlardan ibarət "Yerkrapa" təşkilatı silahlanaraq Qarabağa yollanmışdı. Onların bir hissəsi Azərbaycan Ordusunun hədəfinə tuş gəlmiş və məhv edilmişdi.









Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar