Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Putinə müraciət etdi: “Onları azad edin”

Tarix: 07-12-2018 19:00     Baxış: 2229 A- / A+
Ərdoğan Putinə müraciət etdi:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putindən Kerç insidenti zamanı ələ keçirilən ukraynalı dənizçiləri sərbəst buraxmasını xahiş edib.

Bu barədə Ərdoğan özü jurnalistlərə açıqlamasında deyib.

“İnsidentdən sonra mən hər iki tərəflə – əvvəlcə Putinlə, sonra Poroşenko (Ukrayna prezidenti) ilə telefonla danışdım, daha sonra isə Argentinada (“G20” sammitində) söhbət etdik. Dənizçilərin azad edilməsi barədə xahişi Putinə çatdırdım. Hadisələrin inkişafına baxacağıq və ümid edirəm ki, onlar bu xahişi müsbət qarşılayacaqlar.

Bildiyim qədərilə, indi insidentin araşdırılması prosesi gedir. Araşdırmadan sonra qərar qəbul olunacaq. Bu cür hallarda biz sadəcə xahiş edə bilərik, bundan o tərəfə keçməyəcəyik”, – deyə Ərdoğan bəyan edib.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında gərginlik yaşanıb. Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Gəmilərin 24 nəfərlik heyət üzvləri də saxlanılıb. Kerç insidenti Moskva ilə Kiyevin münasibətlərində yeni gərginlik yaradıb. avropa.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar