Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Sərxoş olub şeyxi dolamaq əxlaqsızlıqdır! Sən kimsən ki?!” - Mirələmovdan eks-rektora

Tarix: 16-11-2018 20:40     Baxış: 4393 A- / A+
“Sərxoş olub şeyxi dolamaq əxlaqsızlıqdır! Sən kimsən ki?!”


Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi və adının şərab biznesində hallanması məsələlərinə münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, Hüseynbala Mirələmov demokrat.az saytına açıqlamasında deyib ki, əgər Abel Məhərrəmov doğrudan da Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin olduğu təyyarədə bu cür hərəkətlərə yol veribsə, onun bu addımı ən böyük əxlaqsızlıqdır:

"Mən bunu ən böyük əxlaqsızlıq sayıram. Birinci ona sual olunur ki, axı sən bu qədər çaxırı hara aparırsan? Əgər biz deyilənlərə inansaq və Abel Məhərrəmov həmin çaxırları İspaniyada qablaşdırıb Azərbaycan insanlarına "ispan çaxırı” adı ilə sırıyıbsa, bunun bircə adı var, o da əxlaqsızlıqdır! Axı sən kimsən ki… bizim dini rəhbərimiz olan və milli adət-ənənələrimizi özündə ehtiva edən hörmətli Şeyximiz Allahşükür Paşazadəyə qarşı sərxoş vəziyyətdə söz atmaq, onun əsəbləri ilə oynamaq və onu dolamaq ən böyük əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar