Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

...O sabah sonuncu tamaşasını oynayacaq - Fuad Poladov istefasını təsdiqlədi

Tarix: 27-10-2016 15:39     Baxış: 4460 A- / A+
...O sabah sonuncu tamaşasını oynayacaq


"Teatrdan getməyim üçün ərizə yazmağıma ehtiyac yoxdur”.

Bunu BakıPost-a xalq artisti Fuad Poladov Akademik Dram Teatrından onun getməsi ilə bağlı yaydığı məlumata münasibət bildirirərkən deyib. Fuad Poladov teatrdan birdəfəlik getdiyini bildirib: "Mən bir daha təsdiq edirəm ki, teatrdan ayrılmışam. Bundan sonra teatrda fəaliyyətimi davam etdirməyəcəm. Mən heç vaxt işə qəbul olanda və ya işdən gedəndə ərizə yazmıram”.

Xalq artisti qeyd edib ki, sabah axırıncı tamaşasını oynayacaq: "Sabahkı tamaşa əvvəlcədən planlaşdırıldığı üçün oynayacam. Bu, sonuncu tamaşam olacaq”.

Qeyd edək ki, Xalq artisti Fuad Poladov dünən gənc həmkarı Hikmət Rəhimovun işdən çıxarılmasına etiraz əlaməti olaraq Akademik Dövlət Dram Teatrından gedib. Məsələ ilə bağlı "Azdrama”dan çıxarılan aktyor Hikmət Rəhimov öz Facebook səhifəsində bunları bildirib: "Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”. Bu gün Akademik Dram Teatrı xalq artistinin teatrdan getməsi yaydığı məlumatda Fuad Poladovun işdən çıxmaq haqqında ərizə təqdim etmədiyini bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar