Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əhməd Əhmədzadə üçün Əli Bayramov “fəndi” - “Meliorasiya şefi”nə böyük təhlükə!

Tarix: 10-08-2016 19:00     Baxış: 2789 A- / A+
Əhməd Əhmədzadə üçün Əli Bayramov “fəndi”

Hesablama Palatası vaxtaşırı büdcə təşkilatlarının fəaliyyətini, dövlət vəsaitlərinin xərclənməsi prosesini təftiş etmək üçün yoxlamalar aparır. Yoxlamalar əsasən, dövlət büdcəsinin gəlirlərindən istifadə, dövlət qurumlarında büdcə vəsaitlərinin istifadəsi, büdcədən kənar fondlardan istifadə və s.-lə bağlı olur.

İndiyədək bu qurum çoxsayda nazirlik və dövlət komitəsində, yerli icra hakimiyyətlərində audit həyata keçirib və çoxsaylı korrupsiya, yeyinti faktlarını aşkarlayaraq, ictimaiyyətə bu haqda məlumat verib.

Amma maraqlıdır ki, son 2 ildə Hesablama Paltasının (HP) Kənd Təsərrüfatı Nazirliyində (KTN), eləcə də, nazirliyin tabeliyindəki müxtəlif qurumlarda apardığı yoxlamaların nəticələrinə dair müfəssəl məlumatlara rast gəlinmirdi. Qaynarinfo.az bu məqsədlə internet resurslarında çoxsaylı axtarışlar aparsa da, adıçəkilən qurumun son illər KTN-də həyata keçirdiyi auditlər zamanı ortaya çıxan nöqsanlar barədə hər hansı açıqlamasına rast gəlinməmişdi.

Belə ki, sonuncu dəfə 2014-cü ildə Hesablama Paltasının KTN yanında “Aqrolizinq” ASC-də apardığı yoxlamaların nəticələri açıqlanmışdı, həmin yoxlamalar 2013-cü iuli əhatə etmiş məlum olmuş ki, həmin qurumda ciddi korrupsiya hökm sürür, elə ona görə də auditin nəticəsinin Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə göndərildiyi bəyan edilmişdi. Bundan sonra Hesablama Palatasının KTN və onun tabeliyindəki qurumlarda korrupsiya halları barədə hər hansı açıqlamaya rast gəlmək mümkün deyildi, ta ki, bir neçə gün əvvələdək.

Məsələ burasındadır ki, ötən həfə Hesablama Palatası “Meliorasiya və Su Təsərrüfatı” ASC-də apardığı yoxlamaların nəticələrini açıqlayıb. Palatanın yaydığı hesabatda Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumda ciddi maliyyə pozuntularının olduğu əks edilir.
Qeyd edək ki, hazirki kənd təsərrüfatı naziri Heydər Əsədov bu posta məhz Hesablama Palatasının sədri vəzifəsindən gətirilib. 2013-cü ilin noyabrında nazir təyin edilən Əsədov, ixtisasca mühasibdir. Əsədovun bu təyinatı zamanında ciddi müzakirələrə və mübahisələrə səbəb olmuşdu.

O, nazir postuna gətirildikdən sonra Hesablama Palatası bir neçə ay KTN-dəki nöqsanlarla bağlı yoxlamaların nəticələrini açıqlayırdı. “Aqrolizininq”lə bağlı yuxarıda haqqında bəhs etdiyimiz faktdan sonra hətta qurumun sədri Əli Bayramov postunu itirdi. Məhz buna görə o vaxt KİV-də belə ehtimallar səslənirdi ki, HP-nin 2013-cü ilə dair yoxlamalarının nəticələri Əsədova keçmiş nazirin – İsmət Abasovun kadrlarını KTN-dən “təmizləmək” üçün lazımdır.

Aradan iki il keçdikdən sonra birdən birə KTN-in tabeliyindəki ASC-də yoxlama parılması və ciddi korrupsiya faktlarının aşkarlanaraq ictimailə.dirilməsi Ə.Əhmədzadənin də “Aqrolizinq”in sabiq rəhbəri Əli Bayramovun “vurulduğu” fəndlə vəzifədən uzaqlaşdırılma ehtimalını ağıllara gətirir.

Xatırladaq ki, “meliorasiya şefi” düz 23 ildir bu vəzifəni tutur. Onun H.Əsədovla münasibətlərinin bir müddətdir yaxşı olmadığına dair iddialar dolaşırdı. Hesablama Palatasının məlum hesabatı həmin iddialarda doğruluq payının yüksək olmasından və kənd təsərrüfatı nazirinin Ə.Əhmədzadə ilə üzülüşməyə çalışdığından xəbər verir.


Qaynarinfo.Az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar