Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda yol polisi qaydanı belə pozur -VİDEO

Tarix: 19-10-2016 21:50     Baxış: 5557 A- / A+
Yol polisi patrul avtomobilini yolun hərəkət hissəsində saxlayıb

Bakıda yol polisi qaydanı belə pozur


Sayrışan işıqlarını yandırmadan yol polisi patrul avtomobilini yolun hərəkət hissəsində saxlayıb. Bu da hərəkətə mane olmaqla yanaşı, qəza şəraiti də yaradır.

Görüntülər paytaxtın Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində şahidlər tərəfindən mobil telefonla çəkilib.

Çəkiliş hündürmərtəbəli binadan çəkildiyi üçün patrul avtomobilinin dövlət nömrə nişanı görünmür. Belə aydın olur ki, həmin avtomobilin inspektoru qaydanı pozan ''Vaz-2107'' markalı avtomobilə “saxla” əmri verib. Amma yol polisi özü burda qaydanı pozaraq patrul maşınını yolun hərəkət hissəsində saxlayaraq dönüb geri qayıdan avtomobillərə maneə yaradır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol polisi bu vəziyyətdə "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinin tələbini, yəni, "Dayanma və durma'' qaydalarını pozub. Ekspertin sözlərinə görə, yol polisi nəqliyyatın hərəkətinə mane olmamalıdır.

Amma həqiqətən də zərurət yaranarsa yol polisi, bütün təhlükəsizlik tədbirləri görərək avtomobili yolun hərəkət hissəsində saxlaya bilər. Hətta bununla bağlı “Yol hərəkəti haqqında” qanunda da müddia var.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov sözügedən məsələ ilə bağlı idarədə həmin patrul avtomobilinin və avtomobildə xidmətdə olan yol polislərinin araşdırıldığını dedi. ''Biz həmin yol polislərini müəyyən etdikdən sonra onları cərimələyəcəyik'' deyə bölmə rəisi bildirdi.

Qeyd edək ki, bu qayda pozuntusuna görə qanunvericilikdə 40 manat cərimə nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar