Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin dəhşətli gizli planı ORTAYA ÇIXDI: Kür çayı boyunca HÜCUM VƏ… – FOTO

Tarix: 30-05-2018 11:15     Baxış: 1530 A- / A+
Ermənilərin dəhşətli gizli planı ORTAYA ÇIXDI: Kür çayı boyunca HÜCUM VƏ… – FOTO


Ermənistanda “məxməri inqilab”ın qələbəsindən iki həftə sonra – 23 mayda Rusiyada erməni milyonçu Samvel Karapetyanın (Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qardaşı – red.) rəhbərlik etdiyi erməni arxitekturasının öyrənilməsi fondunun dəstəyi ilə “Şimali Arsax” (ermənilər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini belə adlandırır) kitabı rus dilində dərc olundu. Bu kitab ilk dəfə 2004-cü ildə erməni dilində çap olunub. 2007-ci ildə kitab ingilis dilinə təcrübə edildi, lakin indiyə qədər rus dilinə tərcümə edilməmişdi. Bu il ABŞ-ın layihəsi əsasında Ermənistanda “inqilab” baş verəndən sonra kitabın rus dilində dərc olunması maraqlıdır.
Publika.az xəbər verir ki, “kavkazplus” saytı bu kitabın rus dilində tərcümə edilərək, dərc olunmasını erməni ekspansiyasının yaxın vaxtlarda hansı istiqamətdə həyata keçirləcəyinin göstəricisi olduğunu yazıb.
Ermənilərin dəhşətli gizli planı ORTAYA ÇIXDI: Kür çayı boyunca HÜCUM VƏ… – FOTO
Sayt qeyd edir ki, Ermənistan hakimiyyəti və erməni lobbisi öz fəaliyyətlərini gürcü istiqamətində aktivləşdirirlər: “Xüsusilə Abxaziya və Sxinvalski regionu vasitəsilə Rusiyaya yüklərin daşınması məsələsi gündəmdədir. Bu gün Gürcüstana səfər edəcək Nikol Paşinyan məhz bu məsələni Tbilisidə müzakirə etmək niyyətindədir”.
“Şimal Arsax” kitabı ermənilərin işğal etdikləri Qərbi Azərbaycan torpaqlarının şimal hissəsini – Gürcüstan bölgələrini də ələ keçirmək niyyətlərindən xəbər verir. Bura Gürcüstan və Azərbaycan sərhədini əhatə edən Kür çayının cənub hissəsi aiddir.
“Məlum olduğu kimi, Gürcüstanı və Azərbaycanı əsasın Qırmızı körpü bağlayır. Erməni millətçilər gürcü-Azərbaycan sərhədini keçərək, “Şimali Arsax”a “daxil olduqları”nı hesab edirlər. Erməni millətçilərinin Cənubi Gürcüstana iddia etməsi də bu kontekstdə ortaya çıxır. Kitabın üzərindəki xəritə də ermənilərin niyyətlərinə şübhə yeri qoymur”, – deyə məqalədə bildirilir.

Sayt ermənilərin yeni ekspansiyasının Azərbaycan və Gürcüstanın milli təhlükəsizliyi üçün yeni təhdidlər yaratdığını qeyd edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar