Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Abşeronda DƏHŞƏT! Qazi evinə od vurub yandırdı: “Niyə icra başçısına pul verməliyəm?" (VİDEO)

Tarix: 12-05-2018 15:21     Baxış: 21 124 A- / A+
Abşeronda DƏHŞƏT! Qazi evinə od vurub yandırdı: “Niyə icra başçısına pul verməliyəm?" (VİDEO)


"Üç gün ərzində səsimə səs verməsəniz, özümü qaz borusundan asacam. Mən korrupsiyaya yox deyirəm. 214 manat dövlətdən pensiya alıram, bunu da İradə Gülməmmədovanın qoçularına verməliyəm?”.

Manevr.az-ın criminal.az-a istinadən məlumatına görə, bu sözləri icra hakimiyyətinin əməkdaşları tərəfindən döyüldüyünü iddia edən Qarabağ qazisi Fuad Əkbərov elə müsahibə verdiyi Kanal13-ün kamerası önündə evinə od vurub.

Evinə od vurmamışdan əvvəl F.Əkbərov bildirib ki, bu gün saat 12 radələrində Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar: ”Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir”.

Sözünü deyib bitirən F.Əkbərov sonra evə benzin tökərək yandırıb.

Məsələ ilə bağlı İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar