Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə Azərbaycan parkı və Xocalı abidəsinin açılışı olub - FOTOLAR

Tarix: 09-05-2018 18:09     Baxış: 3247 A- / A+
Türkiyədə Azərbaycan parkı və Xocalı abidəsinin açılışı olub - FOTOLAR


Türkiyənin qədim bölgələrindən biri olan Efelerdə Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub.

Manevr.az xəbər verir ki, Efeler bələdiyyəsi bölgəsinin mərkəzində yerləşən Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Qənirə Paşayevanın və Efeler Türk Ocaqlarının təşəbbüsü ilə hazırlanıb. Xocalı soyqırımı qurbanlarının acısını əks etdirən ana abidəsi parkın mərkəzində ucaldılıb.

"Azərbaycan Bakı parkı" və "Xocalı soyqırımı" abidəsinin açılışında Azərbaycan və Türkiyə rəsmiləri, Efeler bələdiyyəsinin rəhbəri, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmiləri, QHT, mediya nümayəndələri və yerli sakinlər iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsi ilə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bələdiyyə rəhbəri Mesut Özakcan bildirib ki, Azərbaycan adını Efelerdə yaşatmaqdan qürur duyurlar.

Parkın açılışından çıxış edən millət vəkili Q.Paşayeva Xocalı faciəsindən danışıb, bu faciələrin bir daha yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyini dilə gətirib. Q.Paşayeva bildirib ki bu gün Türkiyədə bu cür parkların, abidələrin açılması çox önəmlidir.

Türkiyədə Azərbaycan parkı və Xocalı abidəsinin açılışı olub - FOTOLAR

Türkiyədə Azərbaycan parkı və Xocalı abidəsinin açılışı olub - FOTOLAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar