Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərli girovların erməni diversantla dəyişdirilməsi gündəmdədir

Tarix: 04-05-2018 09:56     Baxış: 3586 A- / A+
Kəlbəcərli girovların erməni diversantla dəyişdirilməsi gündəmdədir

Əvəz Həsənov: “Hər iki ölkədə seçkilər olduğu üçün vaxt uzanıb”.

2014-cü ilin yayında erməni işğalı altında olan doğma rayonları Kəlbəcərə gedərkən Ermənistan ordusu tərəfindən girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi hələ də mümkün olmayıb. 4 ilə yaxındır hər iki girov qanunsuz olaraq Dağlıq Qarabağda Şuşa həbsxanasında işgəncə altında saxlanır. Onların azad edilməsi üçün indiyə qədər bir sıra tanınmış siyasi xadimlər, diplomatlar, peşəkar hərbçilər tərəfindən müxtəlif təkliflər, variantlar səslənib. Daha cəlbedici təklif isə Azərbaycan sərhədlərini pozduğu üçün ələ keçirilən erməni hərbçilərin, hazırda Azərbaycan həbsxanasında saxlanan erməni diversant Arsen Baqdasaryanla dəyişdirilməsi olub.

Qeyd edək ki, Arsen Baqdasaryan 2014-cü il dekabrın 26-da qoşunların təmas xəttində, Azərbaycan ordusu tərəfindən tutulub. Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə Azərbaycana qarşı cinayət törətdiyini etiraf edib.
Kəlbəcərli girovların erməni diversantla dəyişdirilməsi gündəmdədir

Ermənistan hakimiyyəti bir sıra beynəlxalq təşkilatların, Azərbaycan tərəfinin kəlbəcərli girovlarla bağlı müraciətlərini bütün beynəlxalq konvensiyaları pozaraq qulaqardına vurur. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin də girovlarla bağlı üzərinə düşən işi lazımınca yerinə yetirə bilmədiyi ortadadır. Bu təşkilat girovlar barədə hərdən bir məlumat, onlardan məktub gətirməkdən o tərəfə keçmir. Kəlbəcərli girovların isə sağlıq durumunun yaxşı olmadığı bildirilir.

Bəs Kəlbəcərli girovların Azərbaycanda həbsdə olan erməni diversant Arsen Baqdasaryanla dəyişdirilməsi mümkündürmü?

İtkin Düşmüş Şəxslərin Axtarılrması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupun kəlbəcərli girovların işinə hansısa köməyi dəyə bilərmi? Bu məsələ onlarla müzakirə edilibmi?

Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılrması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupun azərbaycanlı həmsədri Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, Beynəlxalq İşçi Qrup bu məsələ barədə kifayət qədər məlumatlıdır. Girovların dəyişdirilməsi məsələsi ilə bağlı məsələni Beynəlxalq İşçi Qrup Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, həmçinin Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dağlıq Qarabağdakı “komissiya” ilə müzakirə edib. Kifayət qədər məlumat verilib: “İşçi Qrupun üzvləri keçən il Dağlıq Qarabağa səfər edib onlarla görüşmüşdülər. Məsələ bizim diqqətimizdədir. Sadəcə, hər iki ölkədə seçkilər olduğu üçün vaxt uzanıb”.minval.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar