Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğanla Putinin barışmasının sensasion təfərrüatları - dedektiv filmi kimi hadisələr

Tarix: 09-08-2016 15:25     Baxış: 2465 A- / A+

Ərdoğanla Putinin barışmasının sensasion təfərrüatları


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə iki ölkə arasında böhranın yoluna qoyulmasından sonra ilk dəfə görüşür.

Manevr.az xəbər verir ki, Ərdoğan səfər ərəfəsində “dostum Putinlə görüşüb iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açamaq niyyətindəyik” deyib.

Xəbər verildiyi kimi Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya ilə Türkiyə arasında az qala hərbi qarşıdurma vəziyyətinə çatan gərginliyin yumşaldılmasında Azərbaycan və Qazaxıstan liderlərinin vasitəçiliyi haqda bundan əvvəl bəyanatlar səslənib. Türkiyə hökumət rəsmiləri Rusiya ilə münasibətlərin normallaşmasında bu ölkələrin rolu haqda minnədarlıq ifadə ediblər.

Bu günlərdə isə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın biznesmen Cavit Çağların və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, habelə Silahlı Qüvvələrin Baş qərargah rəisi Hulusi Akarın “vətənpərvər təşəbbüsünün” xüssui rol oynadığını deyib. “Hürriyyet” qəzetinin yazdığına görə İbrahim Kalın əlavə təfərrüatları açıqlamayıb. Eləcə də Cavit Çağlar “Daily News Hürriyet”-ə telefonla bildirib ki, onun İbrahim Kalının dediklərinə əlavə etməyə sözü yoxdur.

Lakin qəzetin yazdığına görə yüksək rütbəli diplomatik və hərbi mənbələr Türkiyə-Rusiya böhranını aradanq qaldıran məxfi diplomatiyanın detallarını açıqlayıb. Bu detallara əsasən aprelin sonlarında Baş qərargah rəisi Hulusi Akar Ərdoğana bildirib ki, Rusiya ilə böhranı həll edə biləcək kanal var. Bu, Dağıstanda biznesi olan tekstil kralı Cavit Çağlar idi. Çağlar 90-cı illərin ortalarında Süleyman Dəmirəlin hökumətində nazir olub və o vaxtlardan Dağıstanın indiki rəhbəri Ramazan Abdulatipovla tanış olub.

Ərdoğanla Putinin barışmasının sensasion təfərrüatları

Abdulatipovun isə Putinin köməkçisi Yuri Uşakovun vasitəsilə Putinə birbaşa çıxış imkanı var. Çağlar nazir olanda Hulusi Akar o vaxtkı Baş qərargah rəisi İsmayıl Haqqı Karadayının baş adyutantı idi və onlar bir-birlərini həmin vaxtdan tanıyırdılar. Beləliklə, Akar Ərdoğana deyib ki, Cavit Çağlar keçmiş nazir və indiki biznesmen kimi Rusiya ilə münasibətlərin normallaşmasında faydalı ola bilər.

Qəzet yazır ki, 90-cı illərin əvvəllərində Cavit Çağlar o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevlə Ankara arasında vasitəçilik edən adamdır. Habelə o, 1999-cu ildə Keniyadan PKK lideri Abdullah Öcalanı Türkiyəyə gətirmək üçün öz şəxsi təyyarəsii ayırmışdı.

Hulusi Akar İbrahim Kalının da iştirakı ilə keçirilən görüşdə Ərdoğana məlumat verib ki, Cağlar 2000-ci illərin əvvəllərində maliyyə problemləri ilə üzləşib və məhkəmə qarşısında dayanmalı olub. Lakin o, dövlət işlərində etibarlı adamdır. Aprelin 30-da general Akar məsələni Çağlarla müzakirə edib və bundan sonra Ərdoğan onun Rusiya ilə vasitəçiliyinə razılıq verib.

Ərdoğan Rusiya ilə təmas qurmaq üçün İbrahim Kalını təlimatlandırır. O, Çağlar vasitəsilə Yuri Uşakovla təmas qurur və Ərdoğanın adından Putinə məktubun üzərində işləməyə başlayır. Cavit Çağlar və Ramazan Abdulatipov üzərindən Moskva ilə Ankara arasında məkik diplomatiyası başlayır. Tərəflər may ayı ərzində və iyunun əvvəllərində Ərdoğanın Rusiyadan üzrxahlıq məktubunun mətnini hazırlayırlar.

Ərdoğanla Putinin barışmasının sensasion təfərrüatları

İyunun 22-də Qazaxıstanın Ankaradakı səfiri Janseyt Tuimbayev İbrahim Kalına zəng və “təcili məsələ ilə bağlı” görüş istəyir. Səfir Nazarbayevin mesajını Ərdoğanın köməkçisinə çatdırır. Həmin vaxt Nazarbayev Putinlə Sankt-Peterburqda görüşmüşdü və ona bildirmişdi ki, əgər Ərdoğan üzrxahlıq məktubu göndərsə Rusiya bunu qəbul etməyə hazırdır. Ərdoğan Rusiya ilə münasibətlərin normallaşmasına çalışırdı, ancaq eyni zamanda üzr istəmək məsələsində tərəddüd edirdi.

İyunun 23-də Qazaxıstan səfiri İbrahim Kalına yenidən zəng vurur və təcili məsələ ilə bağlı görüş istəyir.

Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Daşkəndə səfər etmişdi və ertəsi gün səhər, sammtin yekunundan əvvəl, saat 13.00-də Putinlə görüşməliydi. Səfir çatdırır ki, əgər Türkiyə prezidentinin üzrxahlıq məktubu həmin saata qədər kiçik redaktələrlə belə hazır olsa Nazarbayev onu Putinə çatdıra və böhranın həll edilməsinə kömək edə bilər. İbrahim Kalın dərhal bu haqda Ərdoğana məlumat verir və prezident Baş qərargah rəisini həmin axşam saat 23.00-da saraya çağırır.

Paralel olaraq İbrahim Kalın rusiyalı tərcüməçilərlə və Qazaxıstan səfirliyinin diplomatlarla birlikdə başqa məktub layihəsi üzərində işləyirdi. Onlar rusca “izvinite” sözünün türkcə nisbətən yumşaq variantını-“küsura baxmasınlar”ı seçmişdilər.

Ərdoğanla Putinin barışmasının sensasion təfərrüatları

Ərdoğan məktubu imzalayıb və İbrahim Kalına tapşırıb ki, dərhal məktubla birlikdə prezident təyyarəsi ilə Daşkəndə uçsun. Kalının təyyarəsi iyunun 24-də gecə saat 3.00-də Ankaradan qalxıb. Təyyarə Cavit Çağları, onun məsləhətçisini və rus dilindən tərcüməçini götürmək üçün əvvəlcə İstanbulda yerə enib. Təyyarə 04.30-da İstanbuldan havaya qalxıb, lakin məlum olub ki, çarter reysinin Gürcüstan, Azərbaycan, Türkmənistan və Özbəkistan hava sahəsindən keçməsi üçün heç bir icazə alınmayıb. Xarici İşlər Nazirliyi işə qarışıb, prezident təyyarəsinin göyərtəsindəki WiFi sayəsində həmin ölkələrin rəsmiləri ilə WhatsApp üzərindən yazışmalar aparılıb. Təyyarə Gürcüstandan Türkmənistana uçanda Azərbaycandan müvafiq icazə alınıb. Lakin Özbəkistandan xəbər çıxmayıb. Çünki Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə görə hava məkanını bağlamışdı.

Nazarbayevlə əlaqə yaradılır, Qazaxıstan prezidenti Türkiyə prezidentinin köməkçisini Daşkəndə aparmaq üçün öz vertolyotunu təklif edir. Nazarbayevin vertolyotu Özbəkistanın Çimkənt vilayəti ilə sərhəddə dayanmışdı. Lakin təyyarə Türkmənistan üzərində dövr edərkən yanacağı tükənirdi. Beləliklə, Nazarbayev Özbəkistan prezidenti İslam Kərimova müraciət edir ki, onun Türkiyədən mühüm qonaqları var və hava məkanını açsın. Kərimov bu xahişə müsbət cavab verib.


İbrahim Kalını və Cavit Çağları aparan təyyarə Daşkənddə təxminən 12.15-də yerə enib. Nazarbayev onları sammit keçirilən binada gözləyirdi. Qazaxıstan prezidenti onları konfrans-zala aparıb, məktubun rusca versiyasını istəyib və onu diqqətlə oxuyandan sonda deyib: “Bu, yaxşıdır”. Türkiyə prezidentinin nümayəndələri ancaq bu vaxt öyrəniblər ki, Putin və onu müşaiyət edənlər qonşu otaqdadır. Nazarbayev Uşakovdan xahiş edir ki, onlara qoşulsun və Rusiya prezidentinin köməkçisinə Türkiyə prezidentinin məktubunun “məqbul olduğunu” bildirərək qalanlarla da məsələni ayrıd etmək lazım olduğunu deyir.

Ərdoğanla Putinin barışmasının sensasion təfərrüatları

Uşakov məktubu təcili olaraq Putinə çatdırır və tez geri qayıdaraq Türkiyə nümayəndələrinə bildirir ki, prezident məktubu qəbul edir. Baxmayaraq ki, məktub “küsura baxmasınlar” ifadəsinə görə Türkiyənin mövqeyinə daha yaxındır. İbrahim Kalın və Yuri Uşakov razılaşırlar ki, rəsmən bu məktub iyunun 27-də Moskvadan elan edilsin.

İbrahim Kalın bildirir ki, Rusiya tərəfinin Türkiyə ilə münasibətlərin normallaşdığına dair rəsmi bəyanatının mətnini əvvəlcədən görmək istərdi. Rusiya tərəfi bu təkliflə razılaşır və Daşkənddəki Türkiyə səfirliyində rəsmi bəyanatın mətni müzakirə olunur. Həmin vaxt prezident Ərdoğan İbrahim Kalına zəng vurub və məsələnin nə yerdə olduğunu soruşub. Kalın “yoluna qoyuldu” deyib. “Yaxşı, xeyirli olsun, axşam detalları danışarıq”-Ərdoğan bildirib. Kalın və Çağları aparan təyyarə axşam saat 17.00-də Daşkənddən ayrılıb.

Virtualaz.org

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar