Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan snayperi ermənilərlə sərhəddə kef edən amerikalı senatorun başını nişan aldı

Tarix: 12-03-2018 09:50     Baxış: 3406 A- / A+
Azərbaycan snayperi ermənilərlə sərhəddə kef edən amerikalı senatorun başını nişan aldı


ABŞ Konqresinin ermənipərəst üzvü, Dağlıq Qarabağdakı qondarma erməni rejiminə və “soyqırım” iddialarına uzun illər dəstək vermiş Mark Kerk təmas xəttinin Tərtər istiqamətində olarkən Azərbaycan snayperinin atdığı güllə son anda onun başından yan keçib. Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Mark Kerk İrəvanda Ermənistan parlamentinin Fəxri medalını alarkən danışıb.

Azərbaycan snayperi ermənilərlə sərhəddə kef edən amerikalı senatorun başını nişan aldı


2010-2017-ci illərdə İllinoysk ştatından senator olmuş respublikaçı siyasətçi deyib ki, onun həyatını erməni əsgəri son anda xilas edib. Bir neçə il əvvəl konqresmen kimi Ermənistana gələn Mark Kerk təmas xəttinə baş çəkib situasiya ilə tanış olmaq istəyib. Bu, Kerkin İllinoysdan senator seçilməsindən əvvəl olub.

“Biz Tərtər yaxınlığında səngərdə idik, Azərbaycan ordusunun mövqelərini izləyirdik. Səhvən başımı səngərdən qaldırdım, bu vaxt hiss etdim ki, erməni əsgəri yaxamdan tutub aşağı çəkir. Elə həmin saniyə mənim başımın olduğu yerdən Azərbaycan mövqelərindən atılan güllə uçdu. Bu mənim üçün dərs oldu ki, gərək başını səngərdən çıxarmayasan”-Mark Kerk danışıb.

Erməni maraqlarının ən qatı müdafiəçilərindən biri olan Mark Kerk 2016-cı ildə Konqresə keçirilən araqlıq seçkiləri uduzub. Əgər həmin vaxt Azərbaycan snayperinin atdığı güllə hədəfə dəysəydi əlbəttə ki, Mark Kerk legitim hədəf olardı. Çünki onun işğal altındakı Azərbaycan ərazilərinə və üstəlik təmas xəttinə səfəri tamamilə qanunsuz, qeyri-leqal idi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar