Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
BÜTÜN XƏBƏRLƏR

Zərraf Təhməzoğlunun şeirlər kitabının TƏQDİMATI KEÇİRİLİB -FOTOLAR

Tarix: 17-12-2017 21:30     Baxış: 21 504 A- / A+
Zərraf Təhməzoğlunun şeirlər kitabının TƏQDİMATI KEÇİRİLİB


Manevr.az xəbər verir ki, bu dəfə həkim-şair Zərraf Təhməzoğlunun Ana Vətən, Ata Yurd, Torpaq haraylı çağırışı – “Gorumuza sarı gedək” kitabı səhifələndi, incələndi.

Söz sərraflarının geniş oxucu auditoriyasına çıxması üçün müxtəlif vasitələr və variantlar var ki, onlardan biri də son illər dəb halını almış kitab təqimatılarıdır. Belə tədbirlərdə, adətən, müəllifin yaxın-uzaq dostları, oxucuları, mətbuat təmsilçiləri yeni nəşri vərəqləyir, müəllifin yaradıcılığına qısa da olsa ayna tutur, müxtəlif nümunələr səsləndirir, ona bundan sonra da uğurlar diləyirlər. Yəni sırf müəllif-oxucu təması üçün gözəl məqama çevrilir belə görüşlər.

Bu dəfəki təqdimatda köhnə stereotip dağıdılmış, yeni üslub və formanın təqdimatında məclis bir özgə axara düşmüşdü. Paytaxt Bakının gözəlliyinə və müasirliyinə yeni çalarlar gətirən çoxmərtəbəli binaların birində fəaliyyət göstərən “Azərkitab” kitab təbliği mərkəzinə tələsən söz adamlarını burada özəl bir məclis gözlədiyini öncədən bilmək o qədər də asan deyildi. Bu tədbiri digər belə məclislərdən fərqləndirən məsələlərdən biri auditoriyanın müxtəlif sosial təbəqəni təmsil etməsi, saz-söz vurğunları ilə yanaşı, həm də şəfa əlli ağ xalatlıları bir araya toplaması idi.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva həkim-cərrah, tibb elmləri doktoru Zərraf Təhməzoğlunun “Gorumuza sarı gedək” kitabının təqdimat mərasimini açaraq, müəllifin ömür və yaradıcılıq yolu haqqında qısa məlumat verdikdən sonra sözü Lider TV-nin aparıcısı, “Xəzərin sahillərində” verilişinin müəllifi, ekran və efirdən evlərə, ailələrə daim xoş təbəssüm paylayan, peşəkar jurnalist Fəxriyyə Lilpara verdi.

Tele-ekrandan gözəl tanıdığımız aparıcı tədbiri özünəməxsus formada apardı. Hər çıxış edənləri təqdim edərkən müəllifin yaradıcılığına boylanır, oradan örnəklər gətirir, bununla o, həm də özünün poeziyasevər olduğunu isbatlayırdı.

Tədbirdə yaddaqalan anlar az olmadı. Əslində, bütövlükdə təqdimat adlandırdığımız məclis bir poeziya gecəsini xatırladırdı. Ən maraqlısı isə burada insan xarakteri ilə psixologiyasını gözəl bilən həkim-şairin yaradıcılığından hər kəsin xəbərdar olması idi. Adətən, belə tədbirlərdə şairin qələm dostları fürsətdən istifadə edərək öz şeirlərindən də söyləyər, təbriklərini bu formada çatdırardılar. Bu dəfə kitabın ön söz müəllifi, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yusif Hüseynlə, AYB-nin və AJB-nin üzvü, “Dəlidağ” Ədəbi Birliyinin yaradıcısı, şair Namiq Dəlidağlı həmin ənənəni unutmadılar: öz poetik lövhələri ilə məclisi bir az da rövnəqləndirdilər.

Arada gənc aşıq Nasirin telli sazının həzin musiqisinin poeziya çələngini müşaiyət etməsi isə bir özgə aləm yaradırdı. Xəyallarda illərdir həsrəti çəkilən yurd yerləri canlanır, o torpaqlara qayıdış hisslərini gücləndirən poetik və vətənpərvər misralar qanadlanırdı...

Milli Məclisin deputatı, Türk dünyasının sözün əsl mənasında vətənpərvərliyi ilə seçilən, qələm və söz adamı kimi də oxucularının sevimlisinə çevrilmiş həkim-şairə, jurnalist-publisist Qənirə xanım Paşayeva ümumilikdə Zərraf Təhməzoğlunun yaradıcılığında Vətən-vətəndaş münasibətlərinin nümunə olduğunu qeyd etdi: “Bilirsiniz, qələm və söz adamı fikrini, məram və məqsədini nə qədər qısa, anlaşıqlı verirsə, oxucu onu daha çox oxuyur. Həkim-şairimizin bu kitabında da həmin məram gözlənilir. Biz bu gün iki Zərrafdan danışırıq. İnsanın iki məni var, birini gözlərimizlə görürük, o birisini duyğularımızla, hisslərimizlə. Bax, gördüyümüz bu insan həkim Zərrafdır. Şeirlərindən, poetik hisslərindən çələng hörən şair Zərraf Təhməzoğlunu isə şeirlərindən duyacağıq. Şairlərlə həkimləri könül mühəndisi, insan bilicisi hesab edirlər. Zərraf Təhməzoğlu şair, Zərraf Şirinov isə şəfalı əlləri ilə insanları yenidən həyata qaytaran alim həkimdir. Baxın, yurdun, müvəqqəti itirdiyi torpağın – Kəlbəcərinin, İstisuyunun həsrətini qərib ellərdə necə dilə gətirib, qələmə alıb oxucularına vətəndaşlıq sevgisini aşılayır:

Sinəm yanır, dağ-dağ olur,
Başı qarlı dağ görəndə.
“İstisu” gözümdən axır
Bir sərin bulaq görəndə.


Yaxud, daha bir misala nəzər salaq. Bu nümunələri kitabın ön sözündə şair Yusif Hüseyn də çəkir:

Eheyy! Atlanın, nər igidlər,
Dəli, hünərvər igidlər.
Papaq altda yatdıq, yetər,
Namusumuz-arımız var!
Arımıza sarı gedək!


Şarin növbəti kitab təqdimatını sevdiyi və sevdirdiyi Kəlbəcərində keçirək, inşallah”...

Öncədən qeyd etməyi borc bilirəm ki, tədbirin təşkilatçısı “Sağlamlıq zənginlikdir, biz onu sizinlə bölüşürük” missiyası ilə fəaliyyət göstərən “World medsine” şirkətinin prezidenti Hidayət Heydərovun maraqlı ampulada çıxışı həm heyrətdoğurucu, həm də gözlənlməz oldu. Əslində, özü kamil söz xiridarı olan Hidayət müəllim şairlər məclisində klassik ədəbi simalarımızdan örnəklər gətirib, müasir qələm və söz adamlarının daşıdığı müqəddəs missiyaya daim dəyər verilməsinin vacibliyini dilə gətirdi.

“Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu tədbir iştirakçılarına xatırlatdı ki, şairin ilk kitabını 10-15 il öncə nəşr etdirib, həm də onun özündən xəbərsiz. O, şairin bu il 55 illik yubileyi tədbirində iştirak edə bilmədiyindən (xəstəliyi ilə bağlı) təəssüf hissi keçirdiyini bildirdi. Köhnə qələm dostu kimi o, şairin yubileyinə və kitabının görüşünə də əliboş gəlmədiyini, “Yenilik-Press”qəzetinin sentyabr tarixində onun yaradıcılığına ayna tutan məqalənin dərc edildiyi nüsxələrini də tədbir iştirakçılarına paylaydı və “Yerini bil, ölən adam” şeirini bədii qiraətlə çatdırdı.

Azərbaycan Tibb Universitetinin professoru Eldar Qasımov, türkoloq-alim, Ç. Aytmatov adına Akademiyanın fəxri üzvü, əməkdar jurnalist, “Ədəbiyyat qəzeti"nin baş redaktor müavini, şair Adil Cəmil, Rusiya Yazıçılar İttifaqının katibi, şair Nəsib Nəbioğlu, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, tibb elmləri doktoru, professor, şairin tələbə yoldaşı, özünü onun şeirlərinin “korrektor”u sanan, yardıcılığını, az qala, əzbər bilən İlhm Kazımov, ATU-nun dosenti, kardioloq Firuz həkim, cərrah Elman Əliyev, “Dobromed” klinikasının cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Ramil Nadirov, Sabir Borçalı, şairə Zəminə Xınalı, gənc şairə, “Dəlidağ” ədəbi birliyinin sədr müavini, şairin görüşünə yenicə işıq üzü görmüş, haqqında dəyərli fikirlər söylənilən “Hardasa o uzaqlarda” kitabı ilə gələn Sevinc Qərib, əməkdar jurnalist Mətanət Ağamirli və digərlərinin fikrincə, Zərraf Təhməzoğlu alim kimi elmdə, şair olaraq ədəbi aləmdə özünü təsdiqləyib.

Şairin qardaşı, həkim Zöhrab Şirinov tədbirə bir az da həzinlik gətirən titrək notlarla fikrini ifadə etdi. Sevincdən gözləri yaşaran qardaşı sanki söz tapa bilmirdi yaşadıqlarını dilə gətirsin. Bu, onun səsində də hiss edilirdi. Məcils o günü bir daha kəşf etdi ki, şairlik, söz adamı olmaq genetkanın verdiyi istedaddan da qaynaqlanır. O, qardaşı Elçin müəllimin də qələmi və özünəməxsus ifa etdiyi söz yatarı olduğunu, hərdən sosial şəbəkələrdə dostlarla poetik və lirik duyğularını paylaşdığını bildirdi.

Tədbirdə şairin özünə söz verilməmişdən öncə Qənirə xanım Paşayeva maraqlı bir təklif irəli sürdü:

-Bilirsiniz, şairin şeirlərini öz dilindən bu gün eşidəcəyik. Lakin istəyirəm ki, səsi yüz il sonra onun yaradıcılığını axataracaq inasnlar da eşitsin. Bunun üçün yüksək informasiya texnologiyaları mövcuddur. Ona görə də bundan istfadə etməklə Zərraf Təhməzoğlu öz səsində şeirlərini ifa edərək internetin Yotube şəbəkəsində yerləşdirərsə, həm daha çox oxucu və dinləyici qazanar, həm də yaradıcılığının uzunömürlülüyü üçün müəyyən vasitə əldə etmiş olar.

Şair-alim Adil Cəmil isə Qənirə xanımın təklifinə dəstək verərək, müəllifin şeirlərinin öz dilində ifası üçün studiyanın təşkilini öz üzərinə götürdü.

Poeziya işığına toplaşılanlara üzünü tutaan şair Zərraf Təhməzoğlu sonda tədbiri təşkil edənlərə, xüsusən “World medsine” şirkətinin prezidenti Hidayət Heydərova, həkim Yazgül xanım Abdiyevaya, aparıcı Fəxriyyə Lilpara, eləcə də kitaba maraq yaradan “Azərkitab” kitab evinin kollektivinə, başda rəhbəri olmaqla, təşəkkürünü bildirdi və yaradıcılığından nümunələri 3-4 saat dinləyən və yorulmayan, əksinə bir mənəvi dinclik qazanan iştirakçılarına özü ərməğan etdi.

Sənan SADIQZADƏ,
“Yenilik-Press”


Zərraf Təhməzoğlunun şeirlər kitabının TƏQDİMATI KEÇİRİLİB

Zərraf Təhməzoğlunun şeirlər kitabının TƏQDİMATI KEÇİRİLİB
Zərraf Təhməzoğlunun şeirlər kitabının TƏQDİMATI KEÇİRİLİB
Zərraf Təhməzoğlunun şeirlər kitabının TƏQDİMATI KEÇİRİLİB
Zərraf Təhməzoğlunun şeirlər kitabının TƏQDİMATI KEÇİRİLİB
Zərraf Təhməzoğlunun şeirlər kitabının TƏQDİMATI KEÇİRİLİB

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar