Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azay Quliyev: ATƏT məkanındakı bütün münaqişələrə vahid mövqedən yanaşılmalıdır

Tarix: 07-12-2017 21:36     Baxış: 2638 A- / A+
Azay Quliyev: ATƏT məkanındakı bütün münaqişələrə vahid mövqedən yanaşılmalıdır


Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının 24-cü iclası ərəfəsində bu beynəlxalq qurumun Parlament Assambleyasının (ATƏT PA) Büro iclası keçirilib.

Manevr.az xəbər verir ki, Büroda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə aid məsələlər, digər aktual mövzular müzakirəyə çıxarılıb.

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iclasın gedişi ilə bağlı sualı cavablandırarkən bildirib ki, qapalı keçirilən iclasda qəbul edilən qərarların şərh edilməsi məqsədəuyğun olmazdı. Lakin ümumi şəkildə qeyd etmək olar ki, ATƏT PA-nın Bürosu münaqişələrlə bağlı beynəlxalq hüququn prinsipləri və ATƏT PA-nın 2015-ci ildə Helsinkidə qəbul etdiyi qətnaməyə və bəyannaməyə sadiqliyini nümayiş etdirdi: “Məmnunam ki, bu cür həssas məsələlərdə Büro ikili standartları rədd edərək, dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, etnik separatizmə yox deyən vahid mövqe sərgiləyib. Bu, ATƏT PA-nın etibarlılığı və bütövlüyü baxımdan çox önəmlı qərar oldu”.

Qeyd edilib ki, Büronun bəzi üzvlərinin separatizmə dəstək verən və bəzi ərazilərdəki separatçı rejimlərin təbliğatına can atan, həmçinin onları legitim bir qurum kimi təqdim etməyə çalışan meyilləri var idi. Sevindirici haldır ki, Büronun iclasında bu cəhdlərin qarşısı öncədən alındı.

ATƏT PA-nın vitse-prezidenti həmçinin qeyd edib ki, 2015-ci ildə Helsinkidə qəbul olunmuş qətnamədə ATƏT məkanındakı münaqişələr aydın şəkildə göstərilir və bu münaqişələrin həmin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu qeyd edilir. Həmin sənəddə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin ATƏT prinsipləri və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr əsasında həlli xüsusi olaraq vurğulanır:

“Təəssüf ki, bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ATƏT məkanındakı digər münaqişələrdən ayırmağa cəhd göstərilir. Sanki Azərbaycanın işğal olunmuş əraziləri və həmçinin öz torpaqlarından qaçqın düşmüş insanların taleyi ilə bağlı vəziyyət digər münaqişələrdəki vəziyyətdən fərqlidir. Bu, çox yanlış bir yanaşmadır və Büro iclasında həmin yanaşmanın da qarşısı alındı. ATƏT məkanındakı bütün münaqişələrə vahid mövqedən yanaşılmalıdır və bütün ölkələrlə, o cümlədən Azərbaycanla əlaqədar ərazi bütövlüyü, suverenlik və sərhədlərin dəyişilməzliyi prinsipi qorunmalıdır”.


Manevr.az

Azay Quliyev: ATƏT məkanındakı bütün münaqişələrə vahid mövqedən yanaşılmalıdır


Azay Quliyev: ATƏT məkanındakı bütün münaqişələrə vahid mövqedən yanaşılmalıdır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar