Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azay Quliyevin TƏHSİL NAZİRİ OLMAQ ŞANSI...

Tarix: 07-12-2017 11:46     Baxış: 41 586 A- / A+
Azay Quliyevin TƏHSİL NAZİRİ OLMAQ ŞANSI...

Ötən gün ölkə başçısının sərəncamı ilə vəzifədən azad edilən təhsil nazirinin yerinə təyinatın olmaması, böyük müzakirə obyektinə çevrilib. Göründüyü kimi, bu strateji posta kimin təyin olunacağı cəmiyyətin ciddi maraq dairəsindədir. Bu da anlaşılandı. Təhsil islahatlarının vaxtında aparılmaması, hələ də bu sahədə müəyyən qədər rüşvətxorluğun və korrupsiyanın davam etməsi, bəzi boşluqların doldurulmaması, vətəndaşları narazı salan və narahat edən amillərdəndir.
Manevr.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşlar arasında aparılan sorğular, ekspertlərirn, ayrı-ayrı təcrübəli təhsil mütəxəssislərinin fikrinə əsaslansaq, bir neçə namizədin adı vurğulanır. Və onların arasında ən real namizəd kimi millət vəkili Azay Quliyevin adı önə çəkilir.
Xatırladaq ki, Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Azərbaycanda anadan olub. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, "Kennedy School"da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında, 2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil alıb.
1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti vəzifələrində çalışıb.
2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir.
Digər real namizədlər sırasında professor Nərgiz Paşayeva, millət vəkili Qənirə Paşayeva, akademik Kamal Abdulla, sabiq təhsil naziri Misir Mərdanov, yazıçı Çingiz Abdullayev və hazırda nazir vəzifəsini icra edən Ceyhun Bayramovun da adları hallanır.
Təbii ki, bütün bunlar irəli sürülən versiyalardı, səlahiyyət və son söz ölkə başçısınındır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar