Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Yonulmuş daş yolda qalmaz!"

Tarix: 30-11-2017 17:03     Baxış: 11 124 A- / A+
“Yonulmuş daş yolda qalmaz!"


UNEC yenə də bizi yeniliklərlə sevindirir. TED –mühazirələrindən, Sciense Slam-dan sonra sosial həyatımız üçün vacib “Tələb işəgötürənlərdən - təklif UNEC-dən” adlı konfrans təşkil edir. Bir el misalında deyilir: “Yonulmuş daş yolda qalmaz”. Səbəb nədir ki, bizim ali məktəblərin “yonduğu daşa” cəmiyyət sahib çıxmır?. Nə etmək lazımdir ki, asanlıqla ali məktəb məzunları işə düzəlsinlər? Konfransda bu suala cavab axtarıldı və təhsil sferasında mövcud olan “tələb və təkliflə” bağlı yeni sosial ideya cəmiyyətə təqdim edilir. Faydalı müzakirələr getdi.
Rektor prof. Ə. Muradov iqtisadiyyatın sürətlə inkişafı təhsil proqlamlarını sürətlə köhnəldir və nəticədə tələb və təklif arasında ziddiyyətlər yaradır. Tədqiqatlar göstərir ki, hər 7 ildən bir məzunlar yeni proqramlar mənmsəməlidir. Qeyd edildi ki, ali məktəbi bitirmiş məzun mühasib işləməsi üçün bəzən bir neçə aylıq kurlardan keçməli olur.
Konfransda müzakirəyə çıxarılan məsələlər:
1. Təhsil əmək bazarının tələbinə uyğun təşkil edilməlidir?
2. Kadr hazırlığı beynəlxalq tələblərə yox, yerli əmək bazarının tələblərinə uyğun təşkil edilməlidir?
3. UNEC 2B Platforasınn təqdimatı

Birinci məsələ haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov çıxış etdi. Nazir qeyd etdi ki, nəzəri biliklər ilə praktiki iş arasında gərginlik böyükdür. UNEC məzunlarının cəmi 13% özlərinə iş tapa bilirlər. Bu göstərici digər universitetlər müqayisədə yaxşı olsa da, qane edici deyildi. İşlərimiz rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun qurmalıdır.
İkinci və üçüncü məsələlərlə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovu və Azərbaycan Sahibkar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış etdilər. Sonda UNEC – lə işəgötürənlərin nümayəndələri arasında bəzi sənədlər də imzalandı. Konfrans retorikadan uzaq, reklam məqsədi daşımayan işgüzar və məzunlarımız üçün faydalı bir konfrans kimi başa çatdı.
Mənim üçün maraqlı məqam nazir S. Müslümovla Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev arasında sual-cavab oldu. Cənab nazir S. Müslümov ABA prezidentindən soruşdu ki, əgər sizin 3 vakant yeriniz varsa, idiaçılar isə 30 nəfərdirsə seçimi necə edərdiniz? Azərbaycan Banklar Assosiasiyasının prezidenti bu günkü bank sistemində olan və praktikada tətbiq edilən meyarları saydı...
Bu sual-cavab və cəmiyyətdə müşahidə etdiyimiz çoxlu saylı bənzər müzakirələr əsas verir ki, deyək: biz kadır seçimidə onlarla meyardan istifadə edirik, ancaq və ancaq vacib olan birinci sualı vermirik.
İlk vacib olan sual budur ki, aydınlaşdırmaq lazımdır ki, bu iddaçı hansı düşüncənin daşıyıcısıdır: şəxsi mənafe, yoxsa dövləti mənafe? Əvvəlcə işə götürülənlər içərisindən düşüncəni, sonra savadı müəyyənləşdirmək lazımdır. Məsələnin bu cür qoyuluşunun əhəmiyyəti çox-çox böyükdür. İsbat ABB və onun həbsdə olan prezdentinin yaratdığı vəziyyət və taleyi. Başqa bir misal çəkmək istəyirəm.
Müharibənin sonunda bir general-polkovnik Stalinə mövcud vəziyyət haqqında məruzə edir. Stalin öz razılığını bildirdikdən sonra hiss edir ki, hərbçinin deməyə yenə də sözü var və soruşur:
- Siz yenə nə isə demək istəyirsiniz?
- Yoldaş Stalin, şəxsi bir məsələ ilə bağlı müraciət etmək istəyirəm.
- Buyurun.
- Almaniyadan özümə lazım olacaq bir neçə əşya götürmüşdüm. Yoxlanış məntəqəsində onları ölkəyə keçirməyə mənə icazə vermədilər. Xahiş edirəm ki, o əşyaları mənə qaytarsınlar.
- Problem yoxdur, raport yazın, dərkənar qoyum.
General-polkovnik əvvəlcədən hazırladığı raportu Stalinə uzadır. Stalin dərhal raporta dərkənar qoyur: “Polkovnikin zir- zibilini özünə qaytarın. İ. Stalin”.
General-polkovnik sevincək dərkənarı oxuyur və görür ki, rütbəsi düzgün yazılmayıb:
- Yoldaş Stalin, mənim rütbəm polkovnik yox, general-polkovnikdir.
- Yox, orda hər şey düz yazılır, yoldaş polkovnik.
Göründüyü kimi, bir an içərisində şəxsi mənafe daşıyıcısı olduğunu müəyyən edir və onu general-polkovnikdən polkovnik rütbəsinə endirir.
Dərindən əminəm ki, istəyirsən banka işçi qəbul et, istəyirsən məktəbə direktor təyin et, əvvəlcə onun hansı düşüncə daşıyıcısı olduğunu İ.Stalin kimi müəyyən etməlisən.


Prof. Şahlar Əsgərov,
əməkdar elm xadimi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar