Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Eldar Mahmudovun evində gözlənilməz qonaqlar: Hesab sormaq üçün getdilər (VİDEO)

Tarix: 16-11-2017 17:26     Baxış: 51 253 A- / A+
Eldar Mahmudovun evində gözlənilməz qonaqlar: Hesab sormaq üçün getdilər (VİDEO)


İllərdir sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan şikayətçi olan Yasamal rayon sakinləri Sevda Süleymanova və Elmidar İsmayılov bu dəfə də onun Badamdardakı evinə (ünvan redaksiyaya məlumdir-red.) yollanıblar.

Bu barədə cebhe.info-ya şikayətçilərin özləri məlumat verib.

Şikayətçilər dediyinə görə, keçmiş nazirin evinə getmələrinə səbəb məsələlərində günahkar bildikləri Eldar Mahmudovla görüşmək və ona görə illərdir çəkdikləri əzabın hesabını sormaq olub: "Həyat yoldaşım Qüvvətəli Süleymanov Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunub. 5 ildir ki, həyat yoldaşımın azad olunması üçün döymədiyim qapı, müracət etmədiyim qurum qalmayıb. İndi Eldar Mahmudov cavab versin... Onunla görüşmək üçün bağ evinə getdik. İşığı yanırdı və evində adamlar var idi. Bağban Eldar Mahmudovun evdə olmadığını desə də, inandırıcı gəlmədi. Evinin ətrafında xeyli gözlədik ki, bəlkə evdən çıxar və ya ora gələr. Onu görə bilməsək də, tanış olması üçün qapıya məktub buraxdıq. Yoldaşım neçə illərdir ki, həbsdə əzab-əziyyət çəkir. Mən isə- Bakı Dövlət Universitetinin müəllimi yaşaya bilmirəm...”

Elmidar İsmayılovun iddiasına görə, Eldar Mahmudov onu və ailəsini məhv edib. İsmayılovlar ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb: "Həyatımız məhv olub, çox çarəsiz durumdayıq. Bilmirik hara gedək. Hara müraciət ediriksə, deyirlər ki, gedin sifarişçinin özünə şikayətinizi deyin”.

Şikayətçilər Eldar Mahmudovla görüşə bilməsələr də, evinin qarşısında etirazlarını bildirib, əllərində "Eldar Mahmudov, məhv etdiyin həyatı geri qaytar!”, "Eldar Mahmudov "kilkə”lər ərim Süleymanov Qüvvətəlini uddu. Onu həbsdən indi özün azad et!” yazılan plakatlar tutublar.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar