Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat SƏLƏMƏ pul verirmiş -AZƏRBAYCANDA

Tarix: 08-08-2016 08:55     Baxış: 3628 A- / A+
 Deputat SƏLƏMƏ  pul verirmiş

Deputat Rüfət Quliyev sələmə pul verirmiş. Lənkəranın deputatı ölmüş iş adamının yaxınlarına faiz davası açdı; 81 min dollar qarşılığında 246 min dollar tələb edilən iş adamı qəfildən dünyasını dəyişib, millət vəkili isə onun qohumlarını məhkəməyə verib pulunu tələb edir
Deputat Rüfət Quliyev Səbayel Rayon Məhkəməsinə iddia ərizəsi verib. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı iddia ərizəsi yazmağa sövq edən isə... faizə pul verib, geri ala bilməməsidir. Redaksiyamıza daxil olan məlumata görə 2011-ci ildə deputat it-pişikləri üçün yem alarkən iş adamı Namiq Səfərovla tanış olub. Bu tanışlıqdan sonra N.Səfərov deputatın itlərinə Avropadan 1-2 dəfə pulsuz yem gətirib.

Günlərin birində söhbət əsnasında iş adamı biznesini böyütmək üçün pul axtardığını deputata deyib. Deputat bir neçə ayın içində 10 faizlə iş adamına 81 min 850 dollar verib. N.Səfərovla imzalanan müqavilələrə görə deputat 2011-ci ilin oktyabrından pulların faizini almalı olub. 2011-ci ilin oktyabrında N.Səfərov deputata bildirib ki, faizləri ondan almasa, həmin faizləri də əsas borc məbləğinə - 81 min 850 dollara əlavə edib ona faizlərə görə də faiz ödəyəcək.
Deputat bu təkliflə dərhal, tərəddüdsüz razılaşıb. Növbəti dəfə deputata faizin ödənilməsi vaxtı çatanda N.Səfərov digər biznes sahəsinə pul yatırdığını, Bolqarıstandan ölkəyə xüsusi təyinatlı geyimlər gətirəcəklərini söyləyib. Təklif edib ki, deputata verdiyi pulların faizləri əsas məbləğə əlavə olunmuş hesab etsin, həmin pulların faizlərini də hesablayıb alacağı faizlər kimi nəzərində saxlasın. Deputat bu təklifə də yox deməyib, tərəddüdsüz razılaşıb.

 Deputat SƏLƏMƏ  pul verirmiş


Beləcə deputatın 81 min 850 dolları əldən verib faiz gözləməsi 3 il davam edib. Deputatın hesablamalarına görə bu müddət ərzində əldən verdiyi yaşıl 100-lüklər ona 246 min 800 dollar faiz gətirməli imiş. 2014-cü ilin əvvəllərindən başlayaraq devalvasiya söhbətlərini, bankların kredit verilməsində problemlərin yarandığını eşidən deputat N.Səfərovdan pullarını təcili olaraq geri qaytarmasını tələb edib. İş adamı isə deputata deyib ki, pulları onun razılığına əsasən dövriyyəyə buraxıb, bu səbəbdən də onun tələbini yerinə yetirə bilmir. Tərəflər arasında yaranan narazılıq münasibətlərin korlanmasına səbəb olur. İş o yerə çatır ki, N.Səfərov deputatın telefon zənglərinə belə cavab vermir. Deputat tez-tez sürücüsünü N.Səfərovun evinə göndərərək ondan pulların ödənilməsini tələb edir. 2015-ci ilin fevralında tərəflər yenidən görüşür. Bu dəfə belə razılıq əldə olunur ki, 2 devalvasiya nəzərə alınmaqla deputat verdiyi 81 min 800 dollara görə fazilərin hesablanmasını 2015-ci ilin fevralından dayandırır və verdiyi pulları mərhələli şəkildə geri alır. Faizləri ödəyə bilməyən iş adamı isə vəziyyətdən çıxış yolu axtardığı bir vaxtda, 2015-ci ilin aprelində qəfildən dünyasını dəyişib.
Bundan sonra deputat faiz davasını mərhum iş adamının yaxınlarına qarşı açıb. Məhkəməyə müraciət edərək mərhum N.Səfərovun ailəsindən pullarını, pullara hesablanan faizləri geri tələb etməyə başlayıb. Məsələ 2016-cı ilin bu günlərinə qədər uzanıb və deputat Səbayel Rayon Məhkəməsinə üz tutub. İddiaçı qismində Rüfət Quliyevin şəxsən özünün çıxış etdiyi faiz davası üzrə şikayətinə avqustun 18-də, hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq.

 Deputat SƏLƏMƏ  pul verirmiş


Deputat mərhumun ailə üzvlərindən 81 min 800 dolların əvəzində bir xeyli mal-mülk tələb edir. İstəyir ki, məhkəmə mərhum iş adamının qızı Nuranə Səfərovaya məxsus “Mercedes” markalı maşını, Qəbələdəki evini və digər əmlakları onun mülkiyyətinə keçirsin. Maraqlıdır ki, R.Quliyev məhkəməyə müraciət edərkən faizə pul verilməsinin qanunsuz olduğunu, deputat fəaliyyəti ilə bir araya sığmadığını, qanunverici orqanının adını ləkələyən hərəkət olmasını nəzərə almayıb...musavat.com




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar