Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın SAVAŞ HAZIRLIĞI: yeni silahların sınağı davam edir

Tarix: 28-10-2017 10:09     Baxış: 6709 A- / A+
Azərbaycanın SAVAŞ HAZIRLIĞI: yeni silahların sınağı davam edir

Bakının işğal rejiminə sonsuzadək dözmək öhdəliyi yoxdur; “odu söndürüb küllə oynayan” həmsədrlər sülh danışıqlarında real irəliləyiş yaratmayınca müharibə riski bölgə üzərindən asılı qalacaq...

Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə baş tutan görüşü, görüşün yekunu olaraq ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə qəbul edilən bəyanat təmas xəttindəki situasiyaya pozitiv anlamda, demək olar, təsir göstərmədi. Görüşdən az sonra artan erməni təxribatları və bu təxribatların nəticəsi olaraq, daha çox işğalçı tərəfin verdiyi canlı itkilər Ermənistanın hazırkı rəhbərliyi ilə hansısa səmərəli sülh anlaşmasının mümkünsüzlüyünü bir daha ortaya qoydu.

Başqa sözlə, konflikt zonasında müharibə riski əvvəlki tək böyük olaraq qalır. Doğrudur, hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yay-payız mövsümü (mart-oktyabr) başa çatmaqdadır. Lakin hansı fəsil olur-olsun, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan BMT Nizamnaməsini, Dağlıq Qarabağa dair BMT qətnamələrini əsas götürüb təcavüzkarı istənilən an hərbi yolla cəzalandırmaq hüququnu özündə saxlayır.

Münaqişə bölgəsində silahlı qüvvələrimizin davam edən hərbi təlimləri də öncəliklə buna bir işarə, işğalçı tərəfə isə xəbərdarlıqdır. Özü də hərbi təlimlər ən son alınan silahlar və müasir döyüş sistemlərinin sınaqlarını da özündə ehtiva edir.

*****

Məsələn, bu günlərdə Belarusun Qomel vilayətində “Polonez” reaktiv yaylım atəşi sisteminin modernizə olunmuş variantının sınağı keçirib. Məlumatı Belarus Müdafiə Nazirliyi yayıb. Artıq xəbər verildiyi kimi, Azərbaycanın Belarusdan “Polonez” sistemlərini almasına dair razılaşma əldə edilib. Bu barədə müdafiə naziri Zakir Həsənovun az öncə Minskə səfəri zamanı danışıqlar aparılıb. Z.Həsənov “Polonez” sistemlərinə baxış keçirib. BMT-nin Adi Silahlara dair Reyestrində yer alan məlumata görə, Azərbaycan ötən il silah alınması üçün Belarusa 180 milyon dollar ödəyib. Ehtimal olunur ki, bu “Polonez” sistemlərinin alınması üçün ödənilən avansdır.
Azərbaycanın SAVAŞ HAZIRLIĞI: yeni silahların sınağı davam edir

Belarus Müdafiə Nazirliyindən bildirilib ki, “Polonez” raket sistemlərinin modernizə edilmiş versiyasının sınağı uğurlu keçib. Sistemdən buraxılan raketlər 300 kilometr məsafədə təyin olunmuş hədəfi yüksək dəqiqliklə vurub (Virtualaz.org). Bundan əvvəl “Polonez” sistemlərinin təchiz olunduğu raketlər hədəfi 200 km məsafədən vura bilirdi. Ötən il Belarus Müdafiə Nazirliyi raketlərin uçuş mənzilinin 300 km-ə qaldırılması üzərində işlərin getdiyini açıqlamışdı.

Oktyabrın 26-dakı raket atışları zamanı raketlər əhalinin sıx yaşadığı yaşayış məntəqələri üzərindən uçub, nəticədə sistemin dəqiqliyinə dair əlavə tələblər qoyulub. “Raketlərin marşrutu yaşayış məntəqələri üzərindən keçib və bütün marşrut boyu uçuş korrektə edilib. Raketlər təyin olunmuş hədəfləri yüksək dəqiqliklə vurub və uçuş mənzilinə, dədiqliyə dair texniki xarakteristikanı tam təsdiq edib” - nazirliyin məlumatında qeyd olunur.

Ehtimallara görə, “Polonez” sistemlərinin sınağı zamanı Çin istehsalı olan, 301 mm kalibrli A200 raketlərinin modernizə edilmiş variantı istifadə edilib. Bu silah sisteminin işlənib hazırlanması və sınağın keçirilməsinin bütün mərhələlərinin Azərbaycanın dəstəyi ilə baş verdiyi təxmin edilir.

*****

Bu arada Azərbaycanın davam edən hərbi təlimlərinin, xüsusən də keçirdiyi yeni silah sınaqlarının Ermənistanda təşviş yaradığı məlum olub. Belə ki, iki gün öncə axşam Ermənistanın sərhədyanı Tavuş kəndinin sakinləri Azərbaycandan ərazisindən eşidilmiş güclü partlayış səslərindən qorxuya düşüblər. Belə ki, erməni nəşrlərindən biri şübhəli partlayışlar haqda kənd administrasiyasının rəhbəri Levon Qriqoryana istinadən xəbər yayıblar.

Azərbaycanın SAVAŞ HAZIRLIĞI: yeni silahların sınağı davam edir


“Dünən axşam təxminən yarım saat ərzində 4-5 dəfə güclü partlayışlar eşidildi, lakin kəndə heç bir təhlükə yoxdur. Mənim məlumatıma görə, partlayışlar Azərbaycan tərəfdə olub. Lakin bunun nə partlayışlar olduğunu bilmirəm. Bizim mövqelərimizə gəldikdə, onlar heç bir cavab tədbiri görmədilər” - Qriqoryan bildirib. Kənd başçısı deyib ki, partlayışların gücündən evlər silkələnib, bəzi evlərin pəncərələri sınıb.

Partlayış səsləri digər sərhədyanı erməni kəndlərində də eşidilib, lakin evlərə ziyan dəyməyib. Yerli sakinlərin bildirdiyinə görə, Azərbaycan ordusu bu ərazilərdə hansısa yeni silahını sınaqdan keçirib...

*****
Azərbaycanın SAVAŞ HAZIRLIĞI: yeni silahların sınağı davam edir

Azərbaycanın öz hərbi parkını yeni və modern silahlar, döyüş sistemləri ilə kompeletləşdirməkdə davam eləməsi şübhəsiz ki, bölgədə böyük müharibəni arzulamayan vasitəçi dövlətləri ə narahat eləməlidir. Hər halda dəfələrlə deyildiyi kimi, Azərbaycan milyardlar xərcləyərək aldığı silahları vitrinə qoymaq niyyətində deyil. İşğal rejiminə sonsuzadık dözmək öhdəliyimiz də yoxdur. O üzdən öncəliklə vasitəçilər sülhün yeganə alternativinin məhz müharibə olması məntiqini ciddiyə alıb real diplomatik irəliləyiş haqda düşünməlidirlər.

Söz düşmüşkən, Minsk qrupunun amerikalı həmsədri Endryu Şeffer vasitəçi diplomatların hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlamaqla məşğul olduqlarını bildirib. “ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar”, - deyə o vurğulayıb.

*****

Əlbəttə ki, danışıqların dayandırılmasından, heç olmamasındansa hansısa kontaktların olması daha yaxşıdır. Lakin əgər bu danışıqlar sırf işğal rejiminin uzanmasına xidmət edəcəksə, o zaman Azərbaycan belə mənasız müzakirələrdə yer ala bilməz. Rəsmi Bakı isə bu günlərdə növbəti dəfə xarici işlər naziri Elmar Məmmədyarovun adından bəyan elədi ki, yalnız substansiv danışıqlarla irəli getmək olar.

İşğalçı tərəf, prezident Serj Sərkisyan isə belə görünür, ən azından gələn ilin aprelinədək Qarabağ danışıqlarında hər hansı sıçrayışlı dönüşün olmasında maraqlı deyil. Söhbət həmin vaxt Ermənistanın prezidentli üsul-idarəçilikdən parlamentli idarəçiliyə keçid və bununla da baş nazirin əsas səlahiyyətli şəxs statusu qazanmasından gedir. Yeni baş nazir postunu isə məhz Sərkisyanın tutacağı gözlənilir - təbii ki, Moskvanın “xeyir-duası” ilə.

Demək, aprelədək müharibə ehtimalı bir az da arta bilər. Bu mənada Minsk Qrupu həmsədrləri “odu söndürüb küllə oymaqdansa” hərbi əməliyyatlar riskini azaltmaq barədə daha ciddi və çevik düşünsələr yaxşı olar.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar