Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda azyaşlı 55 gündən sonra komadan ayıldı - YARDIMA EHTİYACI VAR

Tarix: 05-10-2017 13:52     Baxış: 5377 A- / A+
Azərbaycanda azyaşlı 55 gündən sonra komadan ayıldı
Cəbrayıl rayon köçkünü 7 yaşlı Mehdizadə Aydan Ramil qızı ağır xəstəlikdən əziyyət çəkir.

Bu barədə unikal.org-a məlumat verən atası Mehdizadə Ramil deyib ki, bütün problemlər üç ay öncə başlayıb: "Üç ay əvvəl uşaqda qəflətən baş ağrısı olub, sudurga keçirib. Birinci dəfə həkimə xəstəxanaya apardıq, ilk müayinə zamanı beyninə qan sızdığı bilinmədi. Amma sonradan məlum oldu ki, uşağın beyninə qan sızıb. Uşağı ölümcül vəziyyətdə Bakıya gətirdik. Neyrocərrahiyyə xəstəxanasına gətirdik. Bir sutka orda qaldı, müayinələr aparıldı, səhəri əməliyyat olundu. Uşaq 55 gün komada qalıb, sonra ayılıb. İki aydan çox neyrocərrahiyyə xəstəxanasında yatandan sonra evə yazdılar. Evə gətirəndən sonra uşağın halı yenidən pisləşdi. Bu səbəbdən də yenidən Bakıya qaytardıq. Müayinələr oldu, yenə də evə yazdılar. Amma baxıram ki, uşaq da heç bir irəliləyiş yoxdur. Uşağı həyat funksiyaları demək olar ki, yoxdur. Xəstəxanada bütün iynə dərmanı özümüz almışıq. Maddi imkanlarımız tamamilə tükənib. Bu üç ay ərzində nəyimiz var idi satmışıq. Bu bir tərəfə, uşaq da günü gündən əriyib gedir”.

R.Mehdizadə Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan yardım istəyirlər: "Möhtərəm prezidentimizdən, birinci xanımdan xahiş edirik ki, bizə yardım eləsin. Məcburi köçkünük, maddim imkanlarımız sıfıra bərabərdir. Bizə yardım əllərini uzatsınlar. Biz heç nə istəmirik, övladımızın sağlamlığına qovuşması üçün imkan daxilində bizə kömək eləsinlər”.

Manevr.az
Azərbaycanda azyaşlı 55 gündən sonra komadan ayıldı
Azərbaycanda azyaşlı 55 gündən sonra komadan ayıldı
Azərbaycanda azyaşlı 55 gündən sonra komadan ayıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar