Sizin Reklam Burada
Xəbər lenti
17 dekabr
16 dekabr
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərli girov Şahbaz Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi - İRƏVANDA

Tarix: 02-10-2017 13:44     Baxış: 3119 A- / A+
Kəlbəcərli girov Şahbaz Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Hazırda erməni girovluğunda olan və Şuşadakı həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyevin səhhətində ciddi problem yaranıb və o, İrəvanda xəstəxanaya yerləşdirilib.

Manevr.az-ın “report”a istinadən məlumatına görə, bu barədə Şahbaz Quliyevin qohumu məlumat verib.

O bildirib ki, onlara verilən məlumata görə, Ş.Quliyev bundan sonra bir ay müddətində Yerevanda xəstəxanada saxlanılacaq: “Bizə Şahbaz Quliyevin danışığı olan video görüntü gətirdilər. O, həmin görüntüdə bildirir ki, ödündən əməliyyat olunub, əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb və bir aydan sonra xəstəxanaya yerləşdirilib".

Qohumunun sözlərinə görə, videodan Ş.Quliyevin səhhətinin çox ağır olduğu aydın sezilir: "Şahbaz deyir ki, həzm sistemində ciddi problem var, nə yemək yeyə bilir, nə də yediyi yeməyi normal həzm edə bilir”.

Xatırladaq ki, Ş.Quliyev erməni girovluğunda olduğu müddətdə üçüncü dəfədir ailəsinə videogörüntü təqdim olunur.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.




Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar