Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib -GƏNCƏDƏ

Tarix: 29-04-2017 10:14     Baxış: 3892 A- / A+
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib


Manevr.az xəbər verir ki, Gəncə şəhərində yerləşən Kəlbəcər rayon mədəniyyət sarayında ustad sənətkar Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Televiziyası tərəfindən cəkilmiş Dədə Şəmşirin həyat və yaradıcılığını işıqlandıran filim də nümayiş etdirilib.
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib

Kəlbəcər rayon İcra Hakimiyyatinin başçısı Aqil Məmmədov Dədə Şəmşirin yaradıcılığından va dövlətin onun sənətinə verdiyi qiymətdən danışıb. Natiq qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən Aşıq Şəmşirin sənətinə yüksak qiymət verilib. Məhz onun sərəncamı ilə Aşıq Şəmşirin 110 illiyi dövlət səviyyəsində qeyd edilib.
Göygöl rayonunda büstü uçaldılan aşığın adına küçə verilib. Həmçinin Göygöl rayon 7 illik müsiqi məktəbi görkəmli sənətkarın adını daşıyır. Tədbirdə Əməkdar incəsənət xadimi fəxri adına və "Şərəf" ordeninə layiq görülən Aşıq Şəmşirin 100 ildən çox yaşayan klassik yaradıcılığına nəzər salınıb. Məqsəd milli mədəniyyətimizi və mədəni incilərimizi yaşatmaq, Aşıq Şəmşir yaradıcılığının öyrənilməsinə, irsinin qorunmasına kömək etməkdir.

Budəfəki tədbir Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük töhfələr vermiş Ağdabanlı şair Dədə Şəmşirin həyat və yaradıcılığının 124-cü ildönümünə həsr olunub.
Klassik aşıq şeirinin ustadlarından olan və aşıq sənətinin layiqli davamçılarından hesab olunan aşığın Kəlbəcərdə Azərbaycanın tanınmış şair və yazıçıları ilə görüşlərinə nəzər salınıb. Qeyd olunub ki, xalq şairi Səməd Vurğunun kəşfi sayılan Aşıq Şəmşirin yüzlərlə el bayatılarını, şeir və dastanları yaşadaraq gənc nəslə ötürülməsində böyük əməyi olub. Çıxışlarda qeyd olunub ki, 1993-cü ildə erməni işğalı nəticəsində aşığın Ağdaban kəndindəki evində əlyazmalarının və külliyatının yandırılaraq məhv edilməsinə baxmayaraq, Dədə Şəmşirin az miqdarda qorunan qoşmaları, gəraylı və müxəmməsləri, təcnisləri, bağlamaları bu gün də yaşamaqda davam edir.

Tədbirdə "Aşıq Şəmşir” Mədəniyyət Ocağı"-nın layihə rəhbəri Həqiqət Şükürova bunları deyib: “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İB-i yarandığı gündən mədəniyyətimizin təbliği istiqamətində 700-dən çox layihə həyata keçirib. Aşığın bugünə kimi qorunan əlyazmaları və öz səsi ilə ifa etdiyi 75 aşıq havası disk halına salınaraq hazırlanıb. Yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaqdır”.
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib

Oxucuların nəzərinə çatdıraq ki, 2010-cu ildən "Ağdabanlı şairin" adına “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi təsis olunmuşdur. Azərbaycan incəsənətinin təbliği istiqamətində davamlı fəaliyyətinə görə, UNESCO-da birliyin akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi statusu verilib.
Anım tədbirində İctimai Birliyin fəaliyyətində yaxından iştirak edən, aşığın yaradıcılığına töhfəsini verən bir qrup şəxsə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı tərəfindən fəxri diplomlar təqdim olunub. Tədbirdə Dədə Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş filmin nümayişi ilə yanaşı, ziyalıların da çıxışlarına yer verilib.
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib
Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar