Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bir fotonun dedirtdikləri... (ağ-qara ekranda reportaj)

Tarix: 02-04-2017 16:23     Baxış: 3539 A- / A+
Bir fotonun dedirtdikləri...
Həmkarım Namiq Dəlidağlının paylaşdığı bu fotoşəklin 24 yaşı var. Başabaş ağrıdı, acıdı şəkil. Qaçqın köçü, yük maşınları, mükəddər çöhrələr. Dağlar geridə qalır. Yox, dağlar ürəklərdə yük olub gedir. Hamı pərtdi, hamı itiklidi.
Umudu itən, gümanı yanılan, qəlbi paralanan kəlbəcərlilərdi onlar. Baxın, hamısı maşınlara minib.


Stop! Öndəki maşında qabaq tərəfdəki qarını görürsünüzmü? Başını tutub, kişilərin üzünə baxmaq istəmir ki, biçarələr utanmasın. Özü də, məncə, sakitcə bayatı deyir nənəmiz:

Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim.
Dindirmə, qan ağlaram,
Yaman çağımdı mənim.

Sizi bilmirəm, amma mən deyəsən o nənənin gümültüsünü, sızıltısını eşidirəm...
Stop! Maşının banına dırmaşan o kişiyə baxın!Necə də mağmun haldadı. Yazıq ayrılıq öncəsi özünə ölməyəyer tapmır, üzünü şəkilçəkəndən gizlətməyə çalışır. Neyləsin, axı? Hökumət ov tüfəngini də əlindən alıb. Canı da sapanda sığan deyil ki, barı onunla düşmənə cavab versin. Bir yandan da arvad-uşağın həyatı...
İndi bu fotodakıların heç birini tanımaq olmaz. Gör, üstündən nə qədər keçib. Ölkənin hər yanına səpələnən kəlbəcərlilər hardadı-burdadı?! Yaşlıları nisgillə, həsrətlə dünyasını dəyişib. Cavanları qəmli-qəmli yaşlanıb, körpələri boynubükük böyüyüb. Təzədən orduya yazılıb geri dönəni, öləni-itəni də az olmaz, yəqin. Kişilər Bakıda, Şəkidə arın-arxayın gəzib dolaşa bilməzdi ki!..

Stop! Saxla! Görmürsən, kadrdan çıxmaq üzrədir? Maşınlara arxa çeviribüzü dağlara geri qayıdan o balaca oğlan uşağını deyirəm. Fikir verin, ya barxanadan nəyisə qalıb, onu götürməyə gedir, ya da ki... Aha, yadıma düşdü, düşmən əlinə keçməsinlər deyə, özlərini qayadan atan kəlbəcərli qızlar vardı ha, onların hansısa yüz faiz onun bacısı olub. Elə bacısının incik ruhudu qaqamı geri qaytaran.Bəlkə də səngərdə vuruşan atasına, əmisinə, qardaşına kömək üçün qayıdır. Bəlkə də o vurhayda bağlı qalmış sevimli itini açmağa tələsir. Ya da elə evdə unudulan qara köynəkli sazının dalınca gedir. (Sazı götürəndən sonra gəlib görəcək ki, maşınlar artıq burda yoxdu və camaatın da qalanı sonuncu vertolyota minhamindədir).Çox ola bilər ki, o uşaq ondan bir il öncə - 1992-ci il aprelin 8-də başına faciə gətirilən Ağdaban kəndindəndir, buna görə hirsi-hikkəsisoyumur. Düz 67 nəfərin öldürüldüyü, 8 nəfər 90-100 yaşlı qocanın, 2 azyaşlı uşağın, 7 qadının odda diri-diri yandırıldığı Ağdabanı deyirəm. Yadınıza gələr.Hər nədirsə, igidim yaman gedir! Kişi kimi gedir!..

Əziz oxucu! Kəlbəcərin işğal günü öncəsi gördüyüm bu fotoda nəyə görəsə, məni ən çox çəkən, bax, həmin kişi qırığı oldu. Onun o qayıdışı ürəyimi eləduyğulandırdı ki! Bir xətircəmlik yarandı məndə. Yəqin indi 30 yaşı olar. Bəlkə də Milli Ordunun zabitidi, giziridi o qeyrət dağarcığı. Allah amanında olsun!
Kəlbəcəri o alacaq! (Modern.az)

Əli NƏCƏFXANLI

Manevr.az

Xəbəri paylaş







Müəllif: Əli NƏCƏFXANLI
Tarix: 4 iyul 2017 23:42
Təşəkkürlər!
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar