Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dəhşətli qətlin təfərrüatları hər kəsi ŞOKA SALDI

Tarix: 06-08-2020 21:05     Baxış: 5308 A- / A+
Dəhşətli qətlin təfərrüatları hər kəsi ŞOKA SALDI


Kiley Bunkerin bu gözəl təbəssümü təəssüf ki, indi yalnız fotolarda qalıb. İngiltərəni gündəmə gətirən dəhşətli qətlin təfərrüatları məhkəmə sənədlərindən məlum olub. Bütün ölkə bədbəxt gənc qadının başına gələnlərə görə ağlayır...

Xarici KİV məlumat verir ki, İngiltərənin Birmingem şəhərində yaşayan Kiley Bunker sentyabr ayında doğum gününü qeyd etmək üçün getdiyi konsertdən evə qayıtmayıb. Ailəsi və dostları hər yerdə onu axtararkən Kileyin cəmi 1 metr 50 santimetr boyu və 41 kilo ağırlığında olan cansız bədəni “Wigginton Parkı” yaxınlığında tapılıb. Yarıçılpaq olan gənc qadının cansız bədəni kollarla örtülüb. İstintaq zamanı gənc qadının təcavüz olunduğu və boğulduğu müəyyən edilib.

Polisin apardığı istintaq qətlin dəhşətli təfərrüatlarını bir-bir aşkara çıxarıb. Kiley Bunkeri uşaqlıqdan bəri tanıdığı dostu Vesley Strit öldürüb. Cinayət şübhəlisi Vesley ilk məhkəməsi zamanı ittihamları rədd edib. 20 yaşlı Kiley Bunkeri zorlamaq və öldürməkdə günahlandırılan Vesley Strit dəhşətli qətlin "qəza" olduğunu iddia etməyə başlayıb.

Məhkəməyə təqdim olunan yeni dəlillər 20 yaşlı Kiley Bunkerin Birmingemdəki gecə klubunda dostlarına "Vesley məni evə aparacaq, narahat olmayın" dediyi aşkar olunub. Bundan əlavə, Kileyin gecə klubunda başına nə gələcəyini bilmədən qatili ilə rəqs etdiyi görüntüləri dəlil olaraq məhkəməyə təqdim edilib.

Səkkiz saat davam edən müzakirədən sonra məhkəmə Stritin təcavüz və qətl törətməkdə günahkar olduğunu bildirib. Cinayətkarın cəzası cümə günü açıqlanacaq.lent.az

Manevr.az

Dəhşətli qətlin təfərrüatları hər kəsi ŞOKA SALDI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar