Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qonşuların davası ölümlə bitdi RƏSMİ MƏLUMAT

Tarix: 10-07-2020 10:05     Baxış: 4231 A- / A+
Qonşuların davası ölümlə bitdi RƏSMİ MƏLUMAT

İyulun 9-da saat 23 radələrində 1969-cu il təvəllüdlü İlqar Rzayevin Şirvan şəhəri ərazisində yaşadığı yataqxananın qarşısında bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Şirvan şəhər Prokurorluğundan verilən məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin mərhumun qonşusu, 1979-cu il təvəllüdlü Şamil Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamil Əliyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Şamil Əliyev cinayətin aləti olan bıçağı istintaqa təqdim edib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar