Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İstirahətə gedərkən polis forması geyindi, həbs edildi

Tarix: 07-07-2020 14:08     Baxış: 2369 A- / A+
İstirahətə gedərkən polis forması geyindi, həbs edildi


Karantin günlərində postdan polis formasında keçmək istəyən şəxs hakim qarşısına çıxarılıb. Ona 30 sutka həbs cəzası verilib, lakin şəxs bu cəzadan narazıdır.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Xəyal Süleymanlı Nazirlər Kabineti tərəfindən evə qapanma ilə bağlı qərar verilən zaman Qubaya istirahətə gedib. İstirahətdən qayıdanda isə saxlanılıb.

Məlum olub ki, X.Süleymanlı postlardan keçmək üçün polis forması geyinibmiş.

Qubadan qayıdan zaman polis əməkdaşları Xəyalı saxlayıb və şübhələndikləri üçün sənədləri tələb ediblər. Bu zaman Xəyal sənədlərinin evdə olduğunu deyib.

Polis bölməsinə dəvət edilən Xəyalın polis əməkdaşı olmadığı üzə çıxıb.

27 yaşlı Xəyal məhkəmə qərarı ilə həbs edilib. Əməlindən peşman olduğunu desə də, bir faydası olmayıb.

Xəyal barəsində İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçular və prokurorluq işçilərinin xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddələrilə protokol tərtib olunub.

Həm də 1 illik sürücülük hüququndan məhrum edilən Xəyal bu cəzadan şikayət versə də, təmin edilməyib və o, həbsdə qalıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar