Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəsulzadənin şəkli olan maska taxdığı üçün tutulub? - RƏSMİ AÇIQLAMA

Tarix: 27-06-2020 12:38     Baxış: 4464 A- / A+
Rəsulzadənin şəkli olan maska taxdığı üçün tutulub? - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi ötən gün Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığını iddia edən şəxslə bağlı məsələyə münasibət bildirib.

Manevr.az-ın xəbərinə görə, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması barədə iddialar həqiqəti əks etdirmir.

O qeyd edib ki, Cavid Məmmədzadə ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduğu üçün saxlanılıb:

“Küçəyə çıxmaq üçün iki saat icazə verilir. Vətəndaş isə bu limiti keçdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb. C.Məmmədzadə küçədə gəzərkən polis əməkdaşları icazəsinin olub-olmamasını yoxlayan zaman onun bu limitinin başa çatdığı məlum olub.

Ona bu barədə irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşmaq istəyib. Vətəndaş dayanmağa dəvət edilsə də, əmrə tabe olmayıb”.

“C.Məmmədzadə polislər tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib”, - deyə DİN rəsmisi qeyd edib.

Manevr.az
Rəsulzadənin şəkli olan maska taxdığı üçün tutulub? - RƏSMİ AÇIQLAMA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar