Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ürəyimdə xal qaldı ki, birdən sağ olar diri-diri basdırmayım" -Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI/VİDEO

Tarix: 13-06-2020 16:30     Baxış: 3207 A- / A+
"Ürəyimdə xal qaldı ki, birdən sağ olar diri-diri basdırmayım"

Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirli bilinən Seymur Abıyevin cinayət işi

Manevr.az xəbər verir ki, Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşdüyünü, bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.

İlkin araşdırmalarla Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.

Barəsində polis əməkdaşlarında yaranmış şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə çağırılmış Seymur Abıyev izahatında qaynı Aminin onlara gəldiyini, şəxsi ehtiyaclarını ödəmək məqsədilə ona 90 manat məbləğində pul verdikdən sonra mənzili tərk etdiyini göstərib.

Bundan iki gün sonra isə o, cinayətin izini itirmək məqsədilə həqiqiliyi şübhə doğuran növbəti izahat verib və bununla da Amin Bayramovun itməsi faktı ilə birbaşa əlaqəsi olduğu üzə çıxıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis İdarəsi və prokurorluq əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Amin Bayramovun avqustun 12-də Binə qəsəbəsində münaqişə zəminində qaynı və xalası oğlu Seymur Abıyev tərəfindən bıçaqla qətlə yetirildiyi və həyətdə basdırıldığı müəyyən edilib.

Hadisənin səbəbləri barədə daha ətraflı videonu təqdim edirik:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar