Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandakı dəhşətli qətllə bağlı RƏSMİ MƏLUMAT

Tarix: 07-06-2020 13:48     Baxış: 4244 A- / A+
Azərbaycandakı dəhşətli qətllə bağlı RƏSMİ MƏLUMAT

6 iyun 2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 6 saylı binanın yaxınlığındakı parkda şəhər sakini, 1989-cu il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitinin aşkar olunması, 1989-cu il təvəllüdlü şəhər sakini Rəhimov Namiq Tahir oğlunun isə üzərində soyuq silahla yetirilməyə xarakterik xəsarətlərlə şəhər Təcili Tibbi Yardım xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları “MTE və PA” birliyinin Sumqayıt şəhər şöbəsinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, hadisə yerindən cinayətin aləti olan iki ədəd bıçaq və digər əşyalar götürülüb, təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisəni görən şəxslərin dairəsi müəyyənləşdirilərək dindiriliblər.

İlkin istintaqla müəyyən edilmib ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi yetirib.

Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da həkimlərin səyinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Manrvr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar