Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”

Tarix: 03-06-2020 20:45     Baxış: 4198 A- / A+
Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmini oğurlayıb öldürməkdə, daha sonra meyiti yandırmaqda ittiham olunan İlkin Süleymanov yanvarın 6-da həbs olunsa da, cinayət işinin materiallarında onun yanvarın 10-da tutulduğu yazılıb. İ.Süleymanovun vəkilləri onun dörd gün qanunsuz saxlanması və bu müddətdə işgəncəyə məruz qalması barədə şikayətlə həm prokurorluğa, həm də məhkəməyə müraciət edib.

Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, İ.Süleymanovun vəkilləri onun qanunsuz saxlanması və işgəncəyə məruz qalmasına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını istəyiblər. Lakin Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubov bu şikayətin əsassız olduğunu hesab edib və cinayət işi başlanmasının rədd olunması barədə qərar verib. Vəkillər də həmin qərarın ləğvi üçün məhkəməyə müraciət edib. İyunun 3-də Səbail rayon Məhkəməsində həmin müraciətə baxıb.
Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”

Məhkəmədə İ.Süleymanov özü də iştirak edib. O, dörd gün ərzində Tovuz rayon Polis Şöbəsində dözülməz işgəncələrə məruz qaldığını, ailəsilə hədələndiyini bildirib. İ.Süleymanov vurğulayıb ki, 10 yaşlı Nərminin oğurlanması və öldürülməsinin ona aidiyyəti yoxdur.

Vəkillər də bildirib ki, İlkinin yanvarın 6-da tutulmasını bütün kənd camaatı bilib, bu barədə müxtəlif media orqanlarında yazılıb. Buna baxmayaraq, yenə də onun yanvarın 10-da həbs olunduğu rəsmiləşdirilib.

Müdafiəçilər onu da bildirib yanvarın 23-də Sabunçu rayon Məhkəməsində İ.Süleymanov haqqında həbs qərarından verilən apellyasiya şikayətinə baxılarkən onun üzərində xəsarət izləri olub. O, həmin xəsarətləri hakimlərə, prokurora da göstərib. Vəkillərin sözlərinə görə, əgər həmin məhkəmə iclasının videogörüntülərinə baxılsa, həmin izləri aydın görmək olar.

Vəkillər həm qanunsuz saxlanma, həm də işgəncə məsələlərinin araşdırılması həmin videoya baxılması, kənd camaatının dindirilməsi, mediada yayaılan məlumatların araşdırılması haqda vəsatətlər qaldırsa da, hakim təmin etməyib. Ümumiyyətlə, prokurorluğun qərarının ləğvi barədə şikayət təmin edilməyib.

Vəkil Əlibaba Rzayev “bizimyol.info”ya bildirib ki, bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət veriləcək.
Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”

Qapalı məhkəmə prosesi keçirilərkən İ.Süleymanovun qohumları – bacısı İlhamə Süleymanova, qardaşı Adil Süleymanov, əmisi oğlu Tariyel Süleymanov məhkəmə binası önündə gözləyiblər. Onlar jurnalistlərə açıqlama verərək bildiriblər ki, İlkindən uzun müddət xəbər tuta bilməyiblər. Yalnız bir ay əvvəl, Ombudsman Aparatının müdaxiləsindən sonra onunla telefonla danışıblar. İ.Süleymanov yaxınlarına da bu cinayəti törətmədiyini, işgəncə nəticəsində etiraf ifadəsinə imza atdığını deyib. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan İ.Süleymanov orada saxlanma şəraitindən, ona qarşı münasibətdən narazı olmadığını vurğulayıb.

“Dörd gün ərzində ona çox ağır işgəncələr verilib. Nəinki döymək, bədəninə elektrik cərəyanı qoşublar. Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər. Ekspert rəyləri var, heç birində İlkinin bu cinayətdə iştirakı sübut olunmur. İlkin özü də deyir, biz də deyirik, Allah o körpəyə qıyanların da, bu işi ört-basdır eləyənlərin də bəlasını versin. Cinayətin açılması görüntüsünü yaratmaq üçün bu borda saxtakarlıq, belə zülm olmaz”, - deyə yaxınları bildirib.

Baş Prokurorluq isə İ.Süleymanova işgəncə verilməsi barədə iddiaları təkzib edib.: “İlkin Süleymanova istintaq zamanı guya işgəncə ilə etirafedici ifadə verməyə məcbur edilməsi haqda səslənən fikirlər həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib edilir.

İ.Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilib. Məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, 1 saylı istintaq təcridxanasına daxil olarkən İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməyib”.

10 yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar