Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yatan arvadının üstünə ilan atıb, öldürdü - ŞƏKİL

Tarix: 28-05-2020 10:42     Baxış: 4259 A- / A+
Yatan arvadının üstünə ilan atıb, öldürdü - ŞƏKİL


Kişi arvadının varidatını ələ keçirmək üçün onu ilanla öldürüb.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Hinistanda baş veriib.

Polis hesabatına əsasən, bu Suracın arvadı Utranı öldürmək üçün ikinci cəhdi olub. Birincisi martın 2-də baş verib. O, arvadının yataq otağına zəhərli gürzə atıb. Bundan sonra zərərçəkən iki ay xəstəxanada müalicə alıb. Sonra o, ata evinə gətirilib.

İkinci sui-qəsd də burda baş verib. 27 yaşlı Surac arvadı ilə bir otaqda qalandan sonra onun üstünə kobra ilanını atıb. Bu dəfə qadının həyatını xilas etmək mümkün olmayıb.

"Surac onun otağında gecələyib və özünü heç nədən xəbəri yox imiş kimi aparıb. Onu Utranın anasının qışqırıqları oyadıb", - deyə polis hesabatında bildirilib.

Sonradan otaqda kobra tapılıb və öldürülüb.

Utranın ölümündən bir neçə gün sonra Surac onun varidatını ələ keçirmək istəyib. Bundan sonra şübhələr ona yönəlib.

Müstəntiqlər Suracın ilansatanlarla zəngləşdiyini, həmçinin internetdən ilanlarla bağlı məlumatları araşdırdığını müəyyən edib.

O da vurğulanıb ki, Utra imkanlı ailənin qızı olub, özəl bankın işçisi olan ərinin isə pula ehtiyacı olub.

Nikah vaxtı Suraca 100 qızıl sikkə, yeni avtomobil və yarım milyon rupi pul (11 293 AZN) hədiyyə edilib.

"O, qorxurdu ki, boşansa bütün bunları qaytarmalı olacaq. Ona görə də öldürməyə qərar verib", - deyə polis hesabatında vurğulanıb.

Surac və onu ilanla təmin edən şəxs həbs olunub. İstintaqa başlanılıb.

Yatan arvadının üstünə ilan atıb, öldürdü - ŞƏKİL
Yatan arvadının üstünə ilan atıb, öldürdü - ŞƏKİL
Yatan arvadının üstünə ilan atıb, öldürdü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar