Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

Tarix: 20-05-2020 10:02     Baxış: 3162 A- / A+
Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

Bir neçə gün əvvəl saxlanılmış Xalq Cəbhəsi Partiyasının üzvü Səid Məmmədzadə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Bu barədə saxlanılan şəxsin evinə zəng edən Bakının Xətai rayon polis idarəsinin əməkdaşı onun anasına bildirib.

DİN-in mətbuat katibi Ehsan Zahidov bildirib ki, Səid Məmmədzadə öz maşın yuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.

DİN nümayəndəsinin iddiasına görə, Məmmədzadə əvvəllər insan oğurluğuna görə, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.

Hazırda ona qarşı 221.3-cü maddə ilə xuliqanlıq ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilib.

Öz növbəsində, Xalq Cəbhəsi Partiyası cinayət işinin saxtalaşdırıldığını və Məmmədzadənin təqibinin siyasi motivli olduğunu bəyan edib.

O, ictimai tədbirlərdə AXCP lideri Əli Kərimlinin cangüdənlərindən biri olub. Partiya onun təqib olunmasının səbəbinin də bu olduğunu iddia edir.(turan)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar