Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda şok hadisə - ata qızına qarşı elə əxlaqsızlıq etdi ki...

Tarix: 22-04-2020 12:10     Baxış: 2256 A- / A+
Azərbaycanda şok hadisə - ata qızına qarşı elə əxlaqsızlıq etdi ki...


Qızına cinsi həvəs yaradan dərmanlar içirib, zor tədbiq edən kişi həbs edilib


İsmayıllı rayon sakini 15 yaşlı qız atası tərəfindən cinsi zorakılığa məruz qalması ilə bağlı İsmayıllı Rayon Polis şöbəsinə müraciət edib və ata barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son günlərdə Şəmkir və İsmayıllı rayonunda baş vermiş zorakılıq halları ilə əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq məsələ ilə bağlı bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.

"Bununla əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) nümayəndələri İsmayıllı rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri ilə birlikdə hadisədən sonra hazırda anası ilə yaşayan yetkinlik yaşına çatmamış şəxsin ailəsinə baş çəkib. Onunla fərdi söhbət aparılaraq, vəziyyəti qiymətləndirilib və psixoloji yardım göstərilib. Pandemiya səbəbindən karantin və sosial izolyasiya dövrü nəzərə alınaraq, Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu tərəfindən zərərçəkmişə mütəmadi olaraq onlayn psixoloji dəstək göstəriləcəkdir.

Ötən gün mətbuatda yayılan məlumata görə, İsmayıllı rayonunda ata 14 yaşlı doğma qızına qarşı dəfələrlə seksual xarakterli hərəkətlər edib. 45 yaşlı Azər (şərti ad) qızı, 2005-ci il təvəllüdlü Ayselə (şərti ad) qarşı bu hərəkətləri 2019-cu ilin iyun ayından 2020-ci ilin mart ayına qədər edib.

Hadisə rayonun kəndlərindən birində baş verib. Azər yaşadığı evin həyətində heç kimin olmamasından və azyaşlı oğlu ilə 76 yaşlı anasının yataq otağında yatmasından istifadə edərək qızına yaxınlaşıb.

İttihama görə, ata hər dəfə Ayselə vitamin adı ilə cinsi həvəs yaradan “Venegra” və “Kamagra” həbləri içirdib. Özü də həmin dərmanlardan qəbul edib, daha sonra isə cinsi ehtirasını təmin etmək məqsədilə müxtəlif yollarla, müxtəlif günlərdə qızına zor tətbiq edib. Bu hərəkətlər 2020-ci ilin mart ayının əvvəllərində, aprelin 17-si gecə saat 2 radələrində də təkrarlanıb.

Məlumata görə, Azər həyat yoldaşı ilə 4 il əvvəl boşanıb. Anası isə uşaqlardan imtina edərək öz atası evində yaşayırmış, məhkəmə də uşaqların himayədarlığını ataya verib. Aprelin 17-də sonuncu hadisədən sonra Aysel anasına mesaj yazaraq atasının ona etdiklərini qeyd edib, daha sonra isə "qurban olum, ana, polisə demə. Yoxsa atam məni öldürər!", - deyə qeyd edib. Ananın şikayətindən sonra araşdırma aparılıb və hazırda iş İsmayıllı RPŞ-nin baş müstəntiqi Cəlal Abdullayevin icraatındadır.

Faktla bağlı Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər; yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan əlavə, kütləvi informasiya vasitələrində Şəmkir rayon sakinin həyat yoldaşı tərəfindən boğazı kəsilərək öldürülməsi haqqında yayılmış məlumatla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Şəmkir rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, hadisə haqqında məlumat əldə ediblər. "Məlum olub ki, iki azyaşlı övladı olan Səmkir rayon sakini Mübariz Məmmədov həyat yoldaşı Nailə Məmmədovanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisədən sonra qətlə yetirmişdir. Şəmkir rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri və psixoloqu uşaqların vəziyyətini nəzarətə götürmək məqsədi ilə ailəyə baş çəkiblər. Rayon İcra hakimiyyətindən Komitəyə daxil olmuş məlumata əsasən azyaşlılar hazırda nənənin himayəsindədir, onların psixoloji durumları sabitdir.

Hazırda hər iki ailə Komitənin nəzarətindədir və hüquq-mühafiə orqanları tərəfindən istintaq işləri davam etdirilir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar