Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Nəvənin 200 min dollarlıq nəziri var” – Generala bu mesajı kim yazıb?

Tarix: 06-04-2020 17:53     Baxış: 3598 A- / A+
“Nəvənin 200 min dollarlıq nəziri var” – Generala bu mesajı kim yazıb?

Baş Prokurorluğun generalının ailəsini ölümlə hədələyən dəstə üzvləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Manevr.az-ın məlumatına görə, kassasiya şikayətinə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11, 182.3.1, 182.3.2, 273-2-ci maddələri ilə təqsirli bilinən Zaur Zahir oğlu Hüseynov 13,5 il, onunla birlikdə həbs olunan Yüzbəyov Emil Ənvər oğlu 10,5 il , Yüzbəyov Əlisultan Vaqif oğlu isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttiham aktına görə, təqsirləndirilən şəxslər Baş Prokurorluğunun Maddi-Texniki Təminat Şöbəsinin rəisi, ədliyyə generalı Niyaz Balaca oğlu Məmişovun nəvəsini, digər ailə üzvlərini oğurlamaqla hədələyib, ondan 1 milyon dollar pul tələb ediblər.

Belə ki, Zaur Hüseynov tanışları Emil və Əlisultan Yüzbəyovla cinayət ələqəsinə girərək mütəşəkkil dəstə yaradıb, həmin dəstəyə rəhbərlik edib. Qruplaşma üzvləri N.Məmişovun qardaşı, bizneslə məşğul olan Tərlan Məmişov və onun yaxın qohumlarına məxsus əmlakı ələ keçirmək məqsədilə onların öldürlməsini planlaşdırıblar. İstintaqın gəldiyi qənaətə görə, Zaur Hüseynov 2017-ci ilin sentyabrında Rusiya ərazisinə keçərək, “Şirvanovka” nəzarət-buraxılış məntəqəsindən İMEİ kod göstəriciləri dəyişdirilmiş mobil telefonla Niyaz Məmişova “Whatsapp” proqramı vasitəsilə mesaj göndərib. Generalı qızının, qardaşlarının və nəvəsinin rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən öldürüləcəyi ilə hədələyərək üç gün ərzində 200 min dollar verilməsini tələb edib.

İstintaq materiallarında deyilir ki, Z.Hüseynov generala təxminən bu məzmunda mesajlar göndərib: “Sənin nəvənin 200 min dollar nəziri var, üç gün ərzində bu nəziri versəniz hər şey yaxşı olacaq, əgər vermək istməsəniz təəssüf ki, bizim istəmədiyimiz şeylərə əl qoyacağımıza şərait yaratmış olacaqsınız. Məbləği hansı şəhərdə təhvil verməyinizi deyəcəyəm. Əks halda siz bir neçə milyona da bunu bərpa edə biməzsiniz”; “Demək sən mənim dediyimi başa düşmədin, ya da pul sənə nəvəndən şirindir”; “Sənin ölümün prokurorluğun 4-cü mərtəbəsində olacaq, otağın solunda seyfin yanında. Birinci kimin öləcəyini axşam saat 8-də zəng vurub deyəcəyəm”.

Z.Hüseynov iki dəfə Dərbənd şəhərindən N.Məmişovla telefon əlaqəsi yaradıb, onunla danışıb. Hədə-qorxu mesajları sentyabrın 15-ə kimi davam edib. Sonuncu dəfə isə Z.Hüseynov Məmişovdan ən geci sentyabrın 20-ə kimi 1 milyon dollar verməyi tələb edib.

Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamları qəbul etmirlər. Zaur Hüseynov Niyaz Məmişova mesaj yazıb pul tələb etdiyini etiraf etsə də, məqsədinin kiminsə pullarını ələ keçirmək olmadığını deyir. “Məsələ ittihamda yazıldığı kimi deyil. Məqsədim Niyaz Məmişovdan mənə borclu olduğu pulu almaq olub”-təqsirləndirilən şəxs ifadəsində bildirib.

Z.Hüseynov ifadəsində 2005-ci ildən sahibkar kimi tikinti sektorunda işlədiyini, özünə tikinti briqadası qurduğunu, təmir-tikinti işləri apardığını göstərib. O, Baş Prokurorluğun şöbə rəisi üçün Xaçmazda ev tikintisinə rəhbərlik edib. İfadəsində bildirib ki, 2009-cu ildən etibarən N.Məmişovla işləyirdi, onun Xaçmaz rayonu Muxtadır qəsəbəsindəki evini, qardaşı Tərlan Məmişovun həmin kənddəki “Lider” adlı mağazasını, Xudat şəhərində Məmişov qardaşlarının ata evlərinin tikintisini həyata keçirib. 2015-ci ilin sonlarında Tərlan Məmişov ona özünün Xudatdakı evinin sökülüb yenidən tikilməsini də tapşırıb. Amma həmin evin söküntü-tikintisi zamanı T.Məmişovla münasibətləri pozulub və general onu işləməyə qoymayacağı haqda xəbərdarlıq edib. Belə ki, evin tikinti işlərinin başa çatmasına az qalmış N.Məmişov Z.Hüseynova pul verməkdən imtina edib. O, tikinti materiallarına nisyə aldığından külli miqdarda borcu yığılıb. Habelə işçiləri ondan pullarını istəyəndə çıxılmaz vəziyyətə düşüb. N.Məmişov ümumi borcun bir hissəsini ödəsə də, 40 min manat pulu verməkdən imtina edib. Əsəblərinə hakim ola bilməyən Z.Hüseynov isə N.Məmişovdan qisas almaq üçün ona mesaj yazaraq hədələyib, pul tələb edib.

Digər təqsirləndirilən Yüzbəyovlara gəlincə isə onlar ifadələrində ümumiyyətlə N.Məmişovu tanımadıqlarını göstəriblər. Danışıqlar zamanı istifadə edilən mobil telefon Ə.Yüzbəyovun həyat yoldaşı Şəbnən Əliyevaya məxsus olub. Ə.Yüzbəyovun əmisi oğlu Emil Xudat şəhərində kompüter və telefon ustası işləyib. Z.Hüseynov Emildən köhnə telefon almaq istədiyini deyib, o da əmisi oğlu Əlisultanın arvadının köhnə telefonunu satmaq istədiyini bildiyindən həmin telefonu ondan alıb Zaura satıb. İstintaq zamanı E.Yüzbəyov ifadəsində daimi müştərisi Z.Hüseynovun prokurorluqda yüksək vəzifədə işləyən şəxs tərəfindən haqsızlığa uğradığını, həmin şəxsə zəng vurub ailə üzvlərini hədələmək üçün mobil telefon lazım olduğunu deyib: “Valideynlərim rəhmətə gedib. Əmimin ailəsi ilə birgə baba evində tək yaşayıram. Özümün telefon-komputer emalatxanasında işləyirəm. Zaur dedi ki, haqqı olan 400-500 min manatı tələb edəcək. Bu işin müqabilində gələn il Həcc ziyarətinə 20 mömin göndərəcək, Həcc səfərlərinin xərclərini verəcək. Həmin yüksək vəzifəli şəxsin adını soruşdum, demədi. Mənə dedi ki, zənglər Rusiyadan ediləcək, heç bir problem olmayacaq”.yenisabah.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar