Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olundu - ŞƏKİL

Tarix: 26-03-2020 15:48     Baxış: 4160 A- / A+
Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olundu - ŞƏKİL

"What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə "Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan redaktor.az-a verilən məlumata görə, sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.

Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.

Aparılmış araşdırmalarla E. Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın barəsində inzibati həbs qətimkan tədbiri seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar