Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda ŞOK ƏMƏLİYYAT – Bacı-qardaş və ər-arvad tutuldu

Tarix: 16-03-2020 14:59     Baxış: 2168 A- / A+
Bakıda ŞOK ƏMƏLİYYAT – Bacı-qardaş və ər-arvad tutuldu


Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov və bacısı saxlanılıblar. Şəxsi axtarış zamanı F.Hüseynovdan heroin və metamfetamin, bacısından isə metamfetamin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların yaşadıqları mənzildən isə əlavə olaraq 645 qram marixuana və 8 qrama yaxın heroin götürülüb.

Bundan başqa Xətai RPİ 35-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini R.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin və metamfetamin götürülüb. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri M.Məmmədov və həyat yoldaşı müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı M.Məmmədovdan 5 qrama yaxın heroin və həyat yoldaşından isə 8 qrama yaxın heroin və 5 qrama yaxın metamfetamin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların kirayədə yaşadıqları mənzildən isə əlavə olaraq 331 qrama yaxın heroin, 75 qrama yaxın metamfetamin və 35 ədəd metadon aşkar edilərək götürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar