Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda dəhşətli hadisə: Kişi sevdiyi qadının başını kəsdi – Təfərrüat

Tarix: 10-03-2020 13:03     Baxış: 2260 A- / A+
Bakıda dəhşətli hadisə: Kişi sevdiyi qadının başını kəsdi – Təfərrüat


Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən Sahib Babayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Məhkəmənin qərarı ilə Sahib Babayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, hadisə bu il martın 4-də paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində baş verib. Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev sevgili münasibətində olduğu 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib.

Daha sonra Sahib Babayev polisə gedərək könüllü təslim olub.

Məlum olub ki, 57 yaşlı Sahib babayev özündən 22 yaş kiçik olduğu sevdiyi qadınla mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə sonuncunun başqa bir kişi ilə münasibət saxlaması olub.

Sahib Babayev Elnarə Ağarzayevaya əvvəlcə bədənini müxtəlif nahiyəsinə xəsarətlər yetirib. Sonra isə qadını yerə yıxaraq başını kəsib. Qadının öldüyünü görən Sahib Babayev ərazi üzrə 24-cü polis şöbəsinə gedərək törətdiyi əməli etiraf edib.

Bu barədə polis dərhal hadisə yerinə gəlib və rayon prokurorluğuna da məlumat verilib.

İstintaq qrupu meyti müayinə etmək üçün rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparıb. Ekspertlər qadının boğazının kəsilərək öldürüldüyünü təsdiq ediblər.

Sahib Babayev ilkin ifadəsində qadını qısqanclıq zəmnində öldürdüyünü deyib. Məlum olub ki, kişi ilə qadın daimi həmin ünvadna yaşamayıblar. Onlar ayda 2-3 dəfə həmin ünvana gəlirmişlər.

İstintaq orqanı tərəfindən Sahib Babayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Nizami rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir. (teleqraf.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar