Sizin Reklam Burada
Xəbər lenti
29 mart
28 mart
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dəhşətli hadisə: İki kişi bir qadının gözü qarşısında... - Şok təfərrüat

Tarix: 06-03-2020 15:48     Baxış: 477 A- / A+
Azərbaycanda dəhşətli hadisə: İki kişi bir qadının gözü qarşısında... - Şok təfərrüat

Bakının Binəqədi rayonu ərazisində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Ramin Şamilov və onun dostu, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovun barəsində ittiham elan edilib.

Manevr.az xəbər verir ki, Ramin Şamilov və Allahverdi İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin artırılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib. Hakim Fərid Əmirəliyev sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub və Ramin Şamilovun barəsində seçilmiş həbs müddətini 2 aya qədər artırılıb.

Bundan başqa, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda isə Allahverdi ismayılovun barəsində seçilmiş həbs müddəti 2 aya qədər artırılıb.

İttihama görə, ötən il noyabrın 9-da, saat 08.00-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Abbasovun meyiti tapılıb.

Araşdırma zamanı həmin şəxsin bədənində müxtəlif xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, Elçin Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı polis bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar.

İstintaq araşdırması zamanı Elçin Abbasovun öz inadkarlığının qurbanı olduğu üzə çıxıb. O, saxlanılan şəxslərdən birinin yaxın qohumunun qeydinə qalmağa çalışıb.

Ancaq qadın deyib ki, onun haqqında heç nə eşitmək istəmir. Elçin Abbasov ona zəng etməyə davam edib.

Bu zaman söhbətə Allahverdi İsmayılov qarışıb. O, telefon vasitəsilə Elçin Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb.

Noyabrın 8-də, gecə Elçin Abbasov görüşə gəlib.

İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında Allahverdi İsmayılov və Ramin Şamilov Elçin Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.

İstintaq araşdırması zamanı cinayət işində adı keçən və Elçin Abbasovun münasibət saxlamaq istədiyi qadının Nəzakət Həbullayev olduğu məlum olub. İstintaq belə nəticəyə gəlib ki, Nəzakət Həbullayeva da həmin qətl hadisəsində iştirak edib.

Bu səbəbdən istintaq onu qətldə iştirakçılıqda ittiham edib.

İstintaq orqanı tərəfindən Nəzakət Həbullayevanın barəsində Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə ittiham elan edilib. Onun barəsində həbs qətimkan tədbirinin artırılması üçün istintaq orqanı Binəqədi rayon Məhkəməsinə müraciət edib.

Hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub və Nəzakət Həbullayevanın barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.

Hazırda bu cinayət işi üzrə istintaq Binəqədi rayon Prokurorluğunda davam edir.teleqraf.com

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar