Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şirvanda boşanmaq istəyən arvadını amansızlıqla qətlə yetirən kişi: "Anamla eyni evdə yaşamaq istəmirdi"

Tarix: 27-02-2020 13:58     Baxış: 4194 A- / A+
Şirvanda boşanmaq istəyən arvadını amansızlıqla qətlə yetirən kişi: "Anamla eyni evdə yaşamaq istəmirdi"


Xarakterimiz uyğun gəlmədi.

Bunu ilkin dindirilmə zamanı həyat yoldaşını öldürən Şirvan şəhər sakini - 1984-cü il təvəllüdlü Sahib Nağıyev deyib.

Manevr.az xəbər verir ki, oxu.az S.Nağıyevin həyat yoldaşı - 1986-cı il təvəllüdlü Pərvanə Nağıyevanı öldürməsinin təfərrüatları barədə bəzi məlumatları əldə edib.

Qeyd edək ki, ağır cinayət hadisəsi məcburi köçkün ailəsində törədilib. Ağdam rayonundan olan Nağıyev Sahib İdris oğlu həyat yoldaşını boğub öldürəndən sonra mətbəx bıçağı ilə onun boğazını kəsib. Hadisədən sonra kişi övladlarını götürərək evi tərk edib.

S.Nağıyev cinayət baş verən zaman evdə olan anasına bildirib ki, yeni mənzilinə baxmağa gedir. S.Nağıyev məcburi köçkün olduğu üçün dövlət tərəfindən yeni mənzillə təmin olunub və ailə yaxın vaxtlarda həmin evə köçməyi planlaşdırıb.

Anası Pərvanənin harada olduğunu soruşanda isə oğlu deyib ki, həyat yoldaşı yatır və onu narahat etmək lazım deyil.

Bir müddət sonra S.Nağıyev polis bölməsinə gedərək, könüllü təslim olub.

Dindirmə zamanı o, həyat yoldaşı ilə 15 il birgə yaşadıqlarını və bu illər ərzində "it-pişik" kimi didişdiklərini söyləyib.

S.Nağıyev bildirib ki, həyat yoldaşı yaşlı qayınanası ilə pis rəftar edib, ona qulluq etməyib. Son günlər isə Pərvanə qayınanası ilə bir evdə yaşamayacağını tez-tez təkrar edib.

S.Nağıyev onu da deyib ki, həyat yoldaşı ondan dəfələrlə boşanmaq istədiyini xahiş etsə də, o, "nəslimizdə arvadı boşamırlar" cavabını verib.

S.Nağıyev həyat yoldaşının qətlə yetirilməsini planlı şəkildə həyata keçirib.

Cinayət hadisəsi ilə əlaqədar istintaq davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar