Xəbər lenti
BAKIDA DƏHŞƏT - Yük maşını fəhlənin üzərindən keçdi
Bakıda fəhlə faciəli şəkildə ölüb.
Manevr.az bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü qapı küçəsində yerləşən metal qırıntıları sexində baş verib.
Həmin sexdə fəhlə işləyən, 1977-ci il təvəllüdlü Səlimov Zaur Qulu oğlu sexdə metal qırıntılarını yük avtomobilinə yükləyərkən Nəcəfov Eldar Qədim oğlu "KamAz" markalı həmin yük avtomobilini arxaya verib. Həmin vaxt Z.Səlimov yük maşınının altında qalaraq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb. \trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar