Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda AĞLASIĞMAZ CİNAYƏT - Evə basqın edib qadını dəfələrlə zorladı

Tarix: 15-02-2020 19:09     Baxış: 4404 A- / A+
Azərbaycanda AĞLASIĞMAZ CİNAYƏT - Evə basqın edib qadını dəfələrlə zorladı


Şəmkir rayonunda qadına qarşı amansız cinayət törətmiş Abbasov Elnur Fikrət oğlu barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Manevr.az news24.az-a istinadən xəbər verir ki, E.Abbasov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150.1 ( Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 149.2.5 (149.2.4-cü maddələrdəki əməllər təkrar törədildikdə), 157.1 (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 181.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddələri ilə açılan işin materialları Gəncə Ağlr Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Faiq Mahmudovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası 24 fevralda keçiriləcək.

Qeyd edək ki, E.Abbasov Şəmkir şəhər sakini olan A.İ adlı qadının evinə zorla daxil olaraq ona qarşı ağır dərəcəli seksual xarakterli cinayətlər, eləcə də quldurluq əməli törədib. O, qadını dəfələrlə zorlayıb və törətdiyi əməli heç kimə deməməsi məqsədilə onu ölümlə hədələyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar