Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Narkotikə görə tutulmuş jurnalistin məhkəməsi başladı

Tarix: 05-12-2019 21:25     Baxış: 31 099 A- / A+
Narkotikə görə tutulmuş jurnalistin məhkəməsi başladı

Nərimanov Rayon Məhkəməsində “Bakupress” informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın (Ağabalayeva) cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Manevr.az xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 11-nə təyin edilib.

Rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Ona Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Ş.Ağacanın barəsində həbs qətimkan tədbiri seçilib.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar