Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda qısqanc kisi arvadını öldürəndən sonra özünü güllələdi - Təfərrüat

Tarix: 18-09-2019 12:23     Baxış: 3124 A- / A+
Bakıda qısqanc kisi arvadını öldürəndən sonra özünü güllələdi - Təfərrüat


Bakının Suraxanı rayonunda xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Zahid Novruzov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkməsinə göndərilib.

İş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova əri Zahid Novruzov tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Zahid Novruzov arvadına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah onun əlindən sürüşüb və o, boğaz nahiyəsindən yaralanıb.

O, 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Vaxtında əməliyyat olunduğu üçün həyatını xilas etmək mümkün olub.

Bildirilib ki, kişi qadını qısqanclıq zəminində qətlə yetirib. Qətli törətməzdən əvvəl Zahid Novruzov spirtli içki qəbul edibmiş.

İstintaq orqanı tərəfindən Zahid Novruzovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar