Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sabiq məhkəmə sədri güllələnib - VİDEO

Tarix: 13-09-2019 19:03     Baxış: 4242 A- / A+
Azərbaycanda sabiq məhkəmə sədri güllələnib - VİDEO


Tovuzda sabiq məhkəmə sədri güllələnib.

Manevr.az
-ın məlumatına görə, rayonun Qədirli kənd sakini 56 yaşlı Firudin Ələkbərova fəaliyyət göstərdiyi hüquq məsləhətxanasının ofisində həmyerlisi, 60 yaşlı Əli Şəmiyev odlu silahdan bir neçə dəfə atəş açıb. Firudin Ələkbərov bir neçə güllə yarası ilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Güllələnən Firudin Ələkbərov Tovuz rayon Məhkəməsinin sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanun pozuntusuna görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Firudin Ələkbərovu güllələyən Əli Şəmiyev rayonda "Göl Əli" ləqəbi ilə tanınan iri biznesmendir. Məlumata görə, cinayətin motivi Firudin Ələkbərovun "Göl Əli"nin Tovuzun magistral su xəttinin mühafizə zonasında tikilmiş otel-istirahət kompleksi barədə dəfələrlə müxtəlif orqanlara şikayətlər yazmasıdır.

Fakt ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar