Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Telefon almadığı üçün anasını öldürənə AĞIR CƏZA

Tarix: 22-08-2019 17:39     Baxış: 384 A- / A+
Telefon almadığı üçün anasını öldürənə AĞIR CƏZA


Bakı Ağır Cinayətlər Məhkəməsində anasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Hakim İlham Mahmudovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Müslümov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 18-də Bakının Nərimanov rayonu ərazisində baş verib. İttihama görə, 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını öldürüb.

O, ilkin ifadəsində anasını ona "smartfon” telefon almadığı üçün öldürdüyünü deyib. E.Müslümov ifadəsində bildirib ki, ailə-məişət münaqişəsi zamanı stulla anasının sinə nahiyəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.

Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq hadisə yerindən qaçıb.

Fevralın 19-u saat 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib.

E.Müslümova Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.(report)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar