Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bankın 45 milyonunu talayan şəxslərin işi geri qaytarıldı - Qərar

Tarix: 19-06-2019 18:12     Baxış: 3124 A- / A+
Bankın 45 milyonunu talayan şəxslərin işi geri qaytarıldı - Qərar

Bankdan 45 milyon kredit götürərək mənimsəməkdə təqsirli bilinən Rauf Kərimov və Cavidan Hacıyevin barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Manevr.az xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin məhkəməyə ünvanladıqları ərizə elan edilib.

Ərizədə göstərilib ki, təqsirləndirilən şəxslər kasasiya şikayətinə baxılmasından imtina ediblər. Onlar kasasiya şikayətlərinin geri qaytarılması barədə qərar verilməsini istəyiblər.

Hakim heyəti hər iki təqsirləndirilən şəxsin ərizəsini təmin edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Kərimov 13 il 11 ay və Cavidan Hacıyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hər iki şəxsin mülkləri müsadirə olunmaqla, zərərçəkmiş tərəfə ödənilməsi haqqında qərar verilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayəti veriblər və onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirdilər.

Bakı Apelyasiya Məhkəməsinin qərarə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, Rauf Kərimovun cəzası 13 il 6 aya, Cavidan Hacıyevin isə cəzası 9 il 6 aya endirilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.

İttihama görə, “Bank Technique” ASC-dən (“Texnikabank”) daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İstintaq zamanı “İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəyib.

Müəyyən edilib ki, Rauf Kərimov özgənin külli miqdarda əmlakını ələ keçirib, dələduzluq edib.

Belə ki, o, 2007-ci ildə “Meridian Company” MMC-nin direktoru işləyərkən tanışı Azər Əmiraslanovu birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlarına inandırıb. Sonuncunun inamından istifadə edərək onun 1 milyon dollar pulunu alıb və özünün şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa, Rauf Kərimov şəriki Cavidan Hacıyevlə əlbir olub cinayət əlaqəsinə girərək “Texnikabank” ASC-dən 25 dekabr 2008-ci il tarixli kredit müqavilələri əsasında “Faktum”, “Bəzz” və “Sağlam Rəqabət”, o cümlədən Cavidan Hacıyevin rəhbərlik etdiyi “Transalyans” və “İnteralyans LTD” MMC-lərin adına 30 milyon manat vəsait götürüb.

Həmin vəsaitlərin üzərində qanunsuz sahiblik, istifadə və sərəncamvermə hüquqları əldə edib. Bank hesablarına köçürülmüş göstərilən vəsaitləri nağd alıb və aralarında 26 dekabr 2008-ci il tarixdə bağlanmış sazişə əsasən məbləğin 13 milyonu Rauf Kərimovun, 12 milyonu isə Cavidan Hacıyevin götürməsi müvafiq qaydada razılaşdırılıb.

Digər təqsirləndirilən Cavidan Hacıyev özgənin əmlakını ələ keçirmək məqsədilə Muşdabə Mövsümxaniyə məxsus Xətai rayonu, Gəncə prospekti, 27 saylı evdə yerləşən mənzili guya rəhbərlik etdiyi “İnteralyans LTD” MMC-yə girov qoymaqla ona aşağı faizlə kredit verəcəyini vəd edərək aldadıb. Həmin mənzili “Atrabank” ASC-də girov kimi rəsmiləşdirməklə “İnteralyans LTD” MMC-nin adına götürdüyü 88 min manat pulun 22 200 dollarını 36 ay müddətinə qaytarmaq şərtilə Müşdəba Mövsümxaniyə verib.

Müşdəbə Mövsümxanlı tərəfindən kreditin ödənilməsi üçün ona verilmiş 32 200 dolları, eyni zamanda kredit müqaviləsi zamanı özünün əldə etdiyi 40 min manatı banka ödəməyərək qanunsuz sahibkarlıqla məşğul olub, zərərçəkmişə külli miqdarda ziyan vurub.

Bundan başqa, özgənin əmlakını ələ keçirmək məqsədilə “Transalyans” MMC-dən Tiflisə Həsənovaya ipoteka ilə 50 min manat məbləğində kredit verəcəyini vəd edərək aldadıb.

Həmin cəmiyyətin təsisiçisi İlyas Qılıcovla “Kredobank” ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi məqsədilə götürdüyü 1 milyon 740 min dolları məbləğində kreditin və ona hesablanacaq faizlərin təminatı kimi Tiflisə Həsənovaya məxsus Yasamal rayonu, Ə.Haqverdiyev küçəsindəki mənzili ipoteka müqaviləsinə əsasən banka girov qoyaraq pul alıb. T.Həsənova bununla bağlı müraciət etdikdə yalandan ona kredit götürülməsinin mümkün olmadığını deyib.

Təqsirləndirilən şəxslər qanunsuz yolla ümumilikdə 45 milyon manata yaxın kredit götürüb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar