Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ailə kəndi tərk etdi, amma qan davası bitmədi - Şamaxıda film kimi olay

Tarix: 11-06-2019 23:04     Baxış: 3140 A- / A+
Ailə kəndi tərk etdi, amma qan davası bitmədi - Şamaxıda film kimi olay

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sahib Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Zeynalov 6 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Şamaxı rayonunun Dağ-Bağırlı kəndində kənd sakini Sahib Zeynalov dava zamanı həmkəndlisi və qohumu olan Həbib Qafarova küt alətlə ağır xəsarətlər yetirib. Davada 10 nəfərdən artıq şəxs iştirak edib. Kütləvi davanın səbəbi isə illər əvvəl baş verən qətl hadisəsi olub. Həbib Qafarovun qardaşı 2008-ci ildə məclislərin birində mübahisə zəminində Sahib Zeynalovun qardaşını qətlə yetirib. Bu hadisədən sonra ailələr arasında düşmənçilik münasibəti yaranıb. Qafarovlar ailəsi kəndi tərk etmək məcburiyyətində qalıb və 10 il sonra kəndə qayıdıb. Zeynalovlar Qafarovların həyətinə gələrək onlardan kəndi tərk etmələrini istəyib, istədikləri cavabı almayan zaman mübahisə və kütləvi dava başlayıb. Dava zamanı Həbib Qafarov və oğlu döyülüb. Ciddi xəsarəti isə Həbib Qafarov alıb.Bu hadisədən sonra davada iştirak edən şəxslər barəsində Cinayət Məcəlləsinin 128.1-ci (Qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb. Həmin şəxslər cərimələnib. Yalnız Sahib Zeynalov barəsində iş ayrıca icraata verilib və ona daha ağır maddə ilə ittiham irəli sürülüb.

Daha sonra ona qarşı ittiham irəli sürülən maddə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar