Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda oğul dəhşəti - yaşlı ananı öldürüb, yandırdı

Tarix: 21-05-2019 12:18     Baxış: 2138 A- / A+
Bakıda oğul dəhşəti - yaşlı ananı öldürüb, yandırdı


Cinayətə səbəb ananın torpaq sahəsini satmaq istəməməsi olub


Bakıda dəhşətli qətl hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Nardaran qəsəbəsində yanğınla bağlı müraciət daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildəki yanğını söndürüb. Bu zaman ev sahibəsi, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları nümayəndələri qadının boğularaq öldürüldüyünü və daha sonra meyitinin yandırıldığını, evə alovun da qadının yandırılması zamanı keçdiyini müəyyənləşdirilib.

İsti izlərlə həyata keçirilən tədbirlər nəticəsində hadisənin qadının oğlu Bağırov Tahir Cəfər oğlu tərəfindən törədildiyi aşkarlanıb və o tutulub.

Araşdırmalar zamanı məlum olub ki, Tahir Bağırov Nardaranda anasına məxsus olan evin həyətini satmaq istəyib. O, 4-5 sotluq ərazini satmaq üçün anasını dilə tutub. Lakin qadın torpağı satmaq istəmədiyini və alqı-satqı müqaviləsinə qol çəkməyəcəyini deyib. Anasını inadından döndərə bilməyən oğul onu boğaraq öldürüb və daha sonra meyitini yandırmaq qərarına gəlib.

Bildirilir ki, hadisəni törədən Tahir Bağırov işsiz olub. Hadisə zamanı onun həyat yoldaşı işdə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmlar davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar