Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gədəbəydə ər arvadının yalvarışına baxmadı: Kartofu kimə satmısan?... – Qanlı cinayət

Tarix: 20-05-2019 12:28     Baxış: 3102 A- / A+
Gədəbəydə ər arvadının yalvarışına baxmadı: Kartofu kimə satmısan?... – Qanlı cinayət

Gədəbəy rayonunda arvadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fariz Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az xəbər verir ki, Fariz Muxtarov Gədəbəy rayonunun Arıqdam kəndində 5 oktyabr 2017-ci il tarixdə saat 21 radələrində 2013-cü ildən rəsmi şəkildə nikahları pozulmuş 1988-ci il təvəllüdlü keçmiş arvadı Mətanət Muxtarova ilə mübahisə edib.

Mübahisəyə səbəb Mətanətin həmin gün ondan aliment tələbi ilə məhkəməyə müraciət etməsi olub.

Həmçinin ertəsi gün Fariz anası Mirvarinin evinin zirzəmisinə yığılmış Mətanətə məxsus iki kisə kartofu icazəsiz apararaq satıb.

Həmin gün Mətanət ondan Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə şikayət edib.

Mətanətin şikayətindən Farizin anası Mirvari əsəbiləşib. Bu səbəbdən eyni evdə yaşayan gəlin-qayınana mübahisə edib. Mübahisəyə Mirvarinin oğlu Asif də qoşulub.

Asif Mətanətin evdə səs-küy salması, Farizdən hüquq-mühafizə orqanlarına şikayət etməsi barədə sonuncuya telefon vasitəsi ilə məlumat verib.

Bundan əsəbiləşən Fariz Şəmkir şəhərindən Arıqdam kəndinə gəlib. Həmin vaxt Mətanətlə birgə nikahlarından doğulmuş oğlanları - Aqşin və Elşənin evdə yatdığını, Mətanətin özünün isə evdə olmadığını görüb.

Fariz stolun üstündəki bıçağı götürərək otaqdan çölə çıxıb. Əl arabası ilə kartof dolu kisələri qonşuları Bayrama məxsus tikilinin əl damına daşıyan Mətanəti görüb. O, əlində bıçaq Mətanətin arxasınca gəlib.

Farizi görən Mətanət qışqıraraq tikilinin həyətindən keçən yolla ağaclıq istiqamətində qaçıb. Fariz Mətanətin arxasınca düşərək onu tutmaq istəyib.

Mətanət qaçarkən ayağı həyətin dəmir darvazadan olan giriş qapısı ilə üzbəüz, dəmir borunun yanında daşlığa ilişərək yıxılıb. Mətanətin ardınca gələn Fariz onu tuta bilib.

Mətanət onu buraxması üçün yalvarıb. Amma Fariz yalvarışlara məhəl qoymayıb. O, qadından evdə olan kartofu daşımasının və ondan polisə şikayət etməsinin səbəbini soruşub.

Mətanət ona nə üçün alimenti ödəmədiyini deyib. Fariz pulu olmadığı üçün aliment ödəyə bilmədiyini söyləyib.

Daha sonra qəfildən bıçaqla arvadına bir zərbə vurub. Bıçaq xəsarəti alan Mətanət Farizin əlindən çıxıb və evin həyətində olan ağaclıq istiqamətində qaçıb, yenidən qışqıraraq kömək istəyib.

Mətanət cibindəki mobil telefonunu çıxararaq polisə zəng edəcəyini deyib.

Bu zaman Fariz yenidən Mətanətin arxasınca qaçıb. Həmin vaxt Mətanət cəld Daxili İşlər Nazirliyinin 102 xidmətinə yığaraq, ərinin onu öldürəcəyini söyləyib. Arvadına çatan Fariz bıçağı onun boğazına çəkib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fariz Muxtarov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrlik etdiyi kollegiyada baxılıb. Fariz Muxtarov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun Gədəbəy rayon Məhkəməsi tərəfindən təyin olunan cəza bu hökmlə birləşdirilib. Bu səbəbdən əlavə olaraq 3 min manat cərimə də olunub.

Fariz Muxtarovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm edilib.

Fariz Muxtarov apelyasiya şikayəti verib. O, himayəsində iki azyaşlı övladının olmasını göstərib, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Şikayət Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb və sonda şikayət təmin edilməyib.

Fariz Muxtarov kasasiya şikayəti də verib. Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin araşdırması başlanıb. Araşdırma aparılan zaman iclasda iştirak edən məhkum hakimə ərizə ilə müraciət edib və kasasiya şikayətini geri götürdüyünü deyib. Hakim heyəti onun ərizəsini təmin edib.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar